Güney Azərbaycanın Zəncan, Qəzvin və Şərqi Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-26 16:01

Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi sentyabrın 25-də mediaya açıqlamasında Şərqi Azərbaycan əyalətinin bütün şəhərlərinin koronavirusla bağlı qırmızı vəziyyətdə olduğunu deyib: “Bu ilk dəfədir ki, Şərqi Azərbaycan yayılmaqda olan bu yoluxucu xəstəliklə bağlı qırmızı və fövqəladə vəziyyətdədir.

Gunaz.tv Quote | Gunaz article


Hazırda 1000 nəfər Şərqi Azərbaycan xəstəxanalarında müalicəsini davam etdirir. Son sutkada isə daha 400 nəfərin virusa yoluxması aşkarlanıb, 17 nəfər isə xəstəlikdən vəfat edib. 


Hesab edirəm ki, “Covid-19” pandemiyasının yayılmasının, xəstəliyə yoluxanların və ölənlərin sayının artmasının əsas səbəbkarı gigiyena qaydalarına və edilən tövsiyələrə əməl etməyənlərdir” –deyə, Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi əlavə edib.


Qəzvin Tibb Universiteti rektorunun müavini Calal Rəhmani isə bu gün (sentyabrın 26-da) mediaya açıqlamasında deyib ki, dünən axşama qədər daha 48 nəfərin xəstəliyə yoluxması qeydə alınıb: “Hazırda isə Qəzvin əyalətinin xəstəxanalarında 306 nəfər müalicəsini davam etdirir və onlardan vəziyyəti ağır olan 68 nəfəri reanimasiya şöbələrində saxlanılır. 


Təəssüflər olsun ki, son 1 sutka ərzində Qəzvin əyalətinin müxtəlif şəhər və bölgələrində daha 5 nəfər xəstəlikdən vəfat edib. Hazırda isə Qəzvin əyalətinin Qəzvin, Takistan və Buin Zəhra şəhərləri koronavirusla bağlı qırmızı vəziyyətdədir” –deyə, Qəzvin Tibb Universiteti rektorunun müavini Calal Rəhmani bəyan edib.


Zəncan Tibb Universiteti rektorunun müavini Məhəmmədrza Saini də bu gün yaydığı məlumatda bildirib ki, Zəncan əyaləti xəstəliklə bağlı qırmızı vəziyyətdədir: “Hazırda Zəncan əyalətində xəstəliyə ən çox yoluxma halları Mahnişan, Sultaniyyə və Xürrəmdərə şəhərlərində müşahidə edilir. Sultaniyə şəhəri isə turist qəbul edən şəhərlərdən biri olduğuna görə, burada xəstəlik geniş yayılıb.


Təəssüflər olsun ki, Zəncan əyalətinin sakinləri xəstəliyin qarşısını almaq üçün edilən tövsiyələrə əməl etmir, gigiyena qaydalarına riayət etmirlər. Bu isə yoluxucu xəstəliyin geniş yayılmasına səbəb olub.


Bir daha bildirirəm ki, əgər Zəncan sakinləri şəxsi və ictimai gigiyena qaydalarına riayət etməsələr və əgər yayılmaqda olan bu xəstəliyi ciddiyə almasalar, biz gələn iki həftədə Zəncan əyalətində bu xəstəliyin bir neçə qat artıb yayılmasının şahidi olacağıq” –deyə, Zəncan Tibb Universiteti rektorunun müavini Məhəmmədrza Saini vurğulayıb.


Qeyd edək ki, Güney Azərbaycanın Həmədan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində “Covid-19”la bağlı son vəziyyəti barədə hər hansı bir məlumat yayılmayıb. 


A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27