Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19 15:06

Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş sentyabrın 18-i axşam saatlarında mediaya açıqlamasında zəncan əyalətində son 24 saat ərzində koronavirusla bağlı son vəziyyət barədə məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article


 Qızılbaş deyib ki, ötən bir gün ərzində daha 18 nəfər “Covid-19” yoluxub: “Hazırda isə 338 nəfər Zəncan əyalətinin xəstəxanalarında müalicəsini davam etdirir. 


Ötən 1 sutkada daha 2 nəfər xəstəlikdən vəfat edib və bununla da Zəncan əyalətində indiyədək koronavirusdan ölənlərin sayı 470 nəfərə çatıb. 


Bu günə qədər virusa yoluxma səsəbi ilə xəstəxanalara yerləşdirilənlərdən 3 min 42 nəfəri tam sağalaraq evə buraxılıb. Ümumilikdə isə Zəncan əyalətində indiyədək koronavirusa yoluxmaqda şübhəsi bilinən 10 769 nəfər xəstəxanalara yerləşdirilib” –deyə, Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş bəyan edib.


Güney Azərbaycanın Həmədan əyalətinin valisi Səid Şahroxi isə sentyabrın 19-da məlumat yayaraq, Həmədan əyalətinin xəstəliklə bağlı 5 şəhərinin qırmızı və fövqəladə hal vəziyyətində olduğunu deyib. 


Həmədan əyalətinin Koronavirusla Mübarizə üzrə Qərargahının iclasında çıxış edən Səid Şahroxi deyib ki, Həmədanda Səhiyyə Nazirliyinin koronavirusla bağlı sağlamlıq protokollarına riayət edilməsi halları azalaraq, 82%-dən 62%-ə düşüb: “Hazırda Həmədan əyalətinin 5 şəhəri qırmızı vəziyyətdədir və hesab edirəm ki, indiki durumdan çıxmaq üçün sözü gedən protokollar tam icra olunmalı, ona diqqət artırılmalıdır.


Bİr daha bildiririk ki, xəstəliyin daha geniş yayılmasının qarşısını almaq üçün insanlar gigiyena qaydalarına riayət etməli, maska taxmalı və başqalarından məsafə saxlamalıdır” –deyə, Həmədan əyalətinin valisi Səid Şahroxi əlavə edib.


Qeyd edək ki, Güney Azərbaycanın Qəzvin, Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət barədə hər hansı bir məlumat yayılmayıb. 


 A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18