Güney azərbaycanlı deputat İran televiziyasının Qarabağı "erməni torpağı" adlandırmasına etiraz edib

2020-07-16 00:58

İran Məclisinin Güney Azərbaycanın Urmiya şəhərindən seçilmiş deputatı Ruhulla Həzrətpur İran Dövlət Televiziyasında Qarabağı "ermənilərə məxsus ərazi" kimi təqdim edilməsinə etirazını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Həzrətpur İran Dövlət Televiziyasının sədri Əbdüləli Əsgəriyə məktub ünvanlayaraq iyulun 13-də dövlət televiziyasının xəbərlər proqramında Qarabağın “ermənilərin kompakt yaşadığı” ərazi kimi təqdim edilməsini təəssüfverici hadisə olaraq dəyərləndirib.

Həzrətpur xəbər verilişindəki yanaşmanın “tarixi, siyasi və sosial reallıqdan uzaq olduğunu” bildirib.

 

 

“Qarabağ müsəlman bölgəsidir, şiələrin yaşadığı məntəqə olub və olacaq inşallah,” deyə o əlavə edib.

 

 

Millət vəkili  İran dövlət televiziyasından “Qarabağın məzlum şiə əhalisi ilə əlaqədar daha çox fəallıq göstərməsinin gözlənildiyini” vurğulayıb.

 

 

Həzrətpur daha öncə öz "Twitter" səhifəsində yazdığı statusda Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlara münasibət bildirmişdi.

Ermənistanı bəzi ölkələrin əlaltısı adlandıran millət vəkili qeyd etmişdi ki, regionda sülh və sabitliyi pozan rəsmi İrəvandır.

O, həmçinin Ermənistan rejimini yağı və işğalçı adlandıraraq, Qarabağ torpağının Ermənistanın işğalında qalmayacağını deyib.

 

 

Qeyd etmək lazımdır ki, İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının da üzvü olan Həzrətpurun verdiyi reaksiyada Ermənistanı işğalçı adlandırması xüsusi diqqət çəkib. Çünki İran hökumətinin rəsmiləri Dağlıq Qarabağ barəsində danışan zaman işğal sözünü istifadə etmirlər.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17