SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Həkimə Əhmədi həbsxanada aclıq aksiyası keçirir

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Həkimə Əhmədi həbsxanada aclıq aksiyası keçirir

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi Marağa zindanında aclıq aksiyası keçirir.

 

Fəal “Marağa zindanında 544 gün müvəqqəti saxlanma qərarı və Ədliyyə İdarəsi məsullarının verdikləri vədlərin yerinə yetirilməməsi”nə etiraz olaraq aclığa başladığını bildirib.

 

O artıq aclıq aksiyasının 4-cü günündədir.

 

Azərbaycanlı fəal 15 aydır ki, qeyri-müəyyən vəziyyətdə saxlanılır. Bu vəziyyət Əhmədi ailəsinin ciddi narahatlığına səbəb olub.

 

Həkimə Əhmədi 7 itiham üzrə saxlanmışdır, lakin araşdırmalardan sonra irəli sürülən 5 ittihamla bağlı icraata xitam verilib.

 

Fəak hal-hazırda “sistemin əleyhinə təbliğat aparmaq və qrup yaratmaq” ittihamı üzrə Şərqi Azərbaycanın Marağa şəhərinin zindanında saxlanılır.

 

Məsullar bundan əvvəl yaxın zamanda azərbaycanlı fəal barəsində məhkəmə qərarının çıxarılacağını bildirmişdilər.

 

Həkimə Əhmədinin müvəqqəti sərbəst buraxılması üçün 500 milyon tümənlik vəsiqə təyin olunub. Lakin ailəsi məbləği ağır olduğu üçün vəsiqəni təmin edə bilmir.

 

Fəal hüquqlarının pozulmasına etiraz olaraq bundan əvvəl bir neçə dəfə aclıq aksiyası keçirib.

 

Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Mərənd Şəhər Ettelaat İdarəsinin təcridxanasına aparılıb.

Azərbaycanlı fəal yeni saxlandığı zaman Ettelaat-ın təcridxanasında işgəncəyə məruz qalıb. İşgəncədən qabırğa və barmaqları qırılan fəal 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılıb. O bir neçə gün müalicə edildikdən sonra noyabrın 2-də yenidən saxlandığı təcridxanaya qaytarılıb.


Fəal bir müddət işgəncə edildikdən sonra Marağa zindanına köçürülüb. O 9 aydan çoxdur ki, Marağa zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

İki uşaq anası olan Həkimə Əhmədinin sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin fəallarından biri kimi ana dilində təhsil hüququ ilə bağlı fəaliyyət göstərir.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar