SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Kazım Səfabəxş sərbəst buraxılıb - VİDEO

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Kazım Səfabəxş sərbəst buraxılıb - VİDEO

Gunaz.tv

GünAz TV: Tehran sakini olan güney azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş təxminən 17 ay həbsdən sonra Evin həbsxanasından sərbəst buraxılıb.

 

O aprelin 15-də Təbriz vaxtı ilə saat 17:30-da azad edilib.

 

İran Məhkəmə Sistemi koronavirus infeksiyası ilə bağlı 5 ildən az həbs cəzası olan və həbs müddətinin ən azı üçdə birini çəkən məhbusların sərbəst buraxılması haqda qərar qəbul edib. Azərbaycanlı fəalın həmin qanuna əsasən sərbəst buraxıldığı bildirilir.

 

https://www.youtube.com/watch?v=5MLoqjaGSRI&feature=emb_logo

 

Fəal 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanına aparılıb.

 

2019-cu il iyunun 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinin rəisi hakim Müqəyyesə azərbaycanlı fəal haqqında 13 il həbs qərarı çıxarıb. O “qrup yaratmaq və onu idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə üzləşib. Sonralar birinci instansiya məhkəməsinin hökmü apellyasiya məhkəməsi tərəfindən 2 il həbsə endirilib.


Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindən olan Kazım Səfabəxş “Tehran traxturçuları” adlanan Güney Azərbaycanın “Traxtur” futbol komandasının azarkeşlərinə başçılıq edib. O “Traxtur”un Tehranda keçirdiyi bütün yarışlarda azarkeş qismində hər zaman aktiv iştirak edib.

 

Kazım Səfabəxş azadlığa buraxılsa da, Azərbaycan cəmiyyəti digər milli-mədəni fəallar, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadənin həbsdə qalmasından nigarandır. Soydaşlarımızla birlikdə beynəlxalq insan hüquqları qurumları da koronavirusdan qorunmaq üçün həmin məhbusların azadlığa buraxılmasını tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar