SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Məhəmməd Mahmudi Təbrizin Mərkəzi Zindanına köçürülüb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Məhəmməd Mahmudi Təbrizin Mərkəzi Zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudi təxminən 3 ay Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra bu şəhərin Mərkəzi Zindanının 16-cı bölümünə köçürülüb.

 

Fəalın həftələr öncə zindana köçürülməsi gözlənilirdi, lakin Ettelaat İdarəsi fəala təzyiq göstərmək məqsədi ilə onun nəzərdə tutulan vaxtda zindana köçürülməsinə imkan verməyib.

M.Mahmudi fevralın 3-də Təbriz həbsxanasına aparılıb.

 

Fəal bir müddət əvvəl ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq zindana köçürüləcəyi barədə məlumat vermişdir. Bu məsələ ilə bağlı fəalın ailəsi də çox cəhd göstərib. Lakin o digər azərbaycanlı fəallarla birlikdə ağır işgənclər altında 2 ay 19 gün Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra həbsxanaya köçürülüb.

 

M.Mahmudi 2019-cu il noyabrın 17-də İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə gecə saatlarında Ettelaat əməkdaşları tərəfindən oğurlanıb. O həmin etirazlar zamanı saxlanılan çox sayda azərbaycanlı milli-mədəni fəal kimi, heç bir dəlil olmadan uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Məhəmməd Mahmudi iki qız uşağı atasıdır. Evin güzəranını təmin edən atanın saxlanması ailə üzvlərini maddi sıxıntılarla üz-üzə qoyub.

Məhəmməd Mahmudi 2018-ci il mayın 25-də, 2006-ci il milli qiyam (xordad hadisələri) zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə əlaqədar yaxalanıb, o bir gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar