SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Müctəba Pərvin 3 ay azadlıqdan məhrum edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Müctəba Pərvin 3 ay azadlıqdan məhrum edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib.

 

Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub.

 

Fəal o halda belə bir ittihamla üzləşib ki, iyunun 16-da məhkəmə tərəfindən göndərilən çağırış vərəqəsində onun sistemin əleyhinə təbliğat aparmaq və ümumi nizam-intizamı pozmaqda ittiham edildiyi qeyd olunmuşdur.

 

Məhkəmə hökmündə qeyd olunduğu kimi, fəalin şikayətçisi Polis İdarəsi, şahidləri isə polis əməkdaşlarıdır.

 

Həbs hökmünün çıxarılmasında Ərdəbil Ettelaat İdarəsi və Polis İdarəsinin Təhlükəssizlik Bölümünün yanvar ayında fəalın dosyesi ilə bağlı təqdim etdikləri hesabatlar da xüsusi rol oynayıb.

 

Müctəba Pərvin həmin dosye ilə əlaqədar 2018-ci il oktyabrın 9-da öz atası evində saxlanılıb. Fəalın qanunsuz yığıncaqda iştirak etməklə bağlı ittihamı Ərdəbil Məhkəməsinin 12-ci şöbəsində elan olunduqdan sonra o həmin gün 15 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar