SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Nəsim Sadiqinin apellyasiya məhkəməsi keçirilib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Nəsim Sadiqinin apellyasiya məhkəməsi keçirilib

Gunaz.tv

GünAz TV: Təbrizdə güney azərbaycanlı milli-mədəni fəal xanım Nəsim Sadiqinin apellyasiya məhkəməsi keçirilib.


Məhkəmə iclası yanvarın 19-da Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsində keçirilib.


Azərbaycanlı fəal özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək mədəni fəaliyyətinin qanun çərçivəsində olduğunu bildirib.


Təbriz sakini olan azərbaycanlı fəal 2019-cu il sentyabrın 21-ə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. O “müxalif qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.


Nəsim Sadiqi ötən məhkəmə iclaslarında irəli sürülən ittihamları qətiyyətlə rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu vurğulayıb. Fəal həmçinin məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının quraşdırdığı dosyelərdən asılı olmamağa çağırıb.



2018-ci il oktyabrın 21-də saxlanılan Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.


Təhlükəsizlik orqanları son iki il müddətində Nəsim Sadiqiyə qarşı qondarma dosyelər quraşdıraraq onu ağır psixoloji təzyiq altında saxlayıblar.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar