SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Salar Tahir Əfşar həbs və şallaq cəzasına məhkum edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Salar Tahir Əfşar həbs və şallaq cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Urmiya şəhəri sakini, güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar məhkəmə tərəfindən çıxarılan qeyri-insani hökmlə üzləşib.


Məlumata görə, martın 14-də çıxarılan qərara əsasən fəal 8 ay həbs və 20 şallaq zərbəsinə məhkum edilib.


Azərbaycanlı fəalın “yanacaqdoldurma məntəqəsini təxrib etmək, tıxac yaratmq, iğtişaşlara qoşulmaq, film yükləmək və şüar vermək” ittihamları ilə üzləşdiyi bildirilir.


Urmiyanın “9 təpə” məhəlləsinin təhlükəsizlik qüvvələri Salar Tahir Əfşarın ata evi və daha bir neçə fəalın evinə hücum çəkdikdən sonra fəal 2019-cu il noyabrın 18-də “9 təpə”nin Ettelaat İdarəsinə müraciət etmişdir. O iki gün Ettelaat-ın təcridxanasında saxlandıqdan sonra məhkəməyə aparılıb, barəsində 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılmışdır. Məlumata görə, Salar Tahir Əfşar məhkəmədən çıxarkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən yaxalanıb. O “Sepah”ın təcridxanasında 5 gün, sonra isə Urmiyanın mərkəzi zindanında 3 gün saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.


Beynəlxalq qurumların hesabatına əsasən İranda ötən ilin noyabr ayında bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı min nəfərdən çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Həyatını itirən etirazçılar arasında çox sayda güney azərbaycanlı olub.


Salar Tahir Əfşar bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, məhkəmə qarşısına çıxarılıb və müxtəif təzyiqlərə məruz qalıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar