SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Salar Tahir Əfşar məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Salar Tahir Əfşar məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: İranda 2019-cu il noyabr ayında benzinin bahalaşması ilə əlaqədar keçirilən kütləvi etirazlar zamanı bütün şəhərlərdə, o cümlədən Güney Azərbaycan şəhərlərində çox sayda etirazçı, bəzən isə etirazlara qatılmayan insanlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.


Urmiyada saxlanılan soydaşlarımız arasında güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da olub. O yanvarın 15-də Qərbi Azərbaycan Cinayət Məhkəməsinin 101-ci şöbəsinə çağırılıb.


Çağırış vərəqəsində fəalın “qanunsuz yığıncaqlara qatılmaq, virtual məkanda müəyyən filmlər yaymaq, yanacaqdoldurma məntəqəsini təxrib etmək, etirazlara çağırış etmək və şüar səsləndirmək yolu ilə ümumi nizam-intizam və ictimai asayişi pozmaq” ittihamı ilə üzləşdiyi qeyd olunub.


Təhlükəsizlik qüvvələri fəalı saxlamaq üçün onun ata evi və digər yaxınlarının evinə hücum çəkdikdən sonra, azərbaycanlı fəal 2019-cu il noyabrın 18-də Urmiyanın “9 Pillə” məhəlləsində yerləşən Ettelaat Şöbəsinə müraciət edib. O 2 gün saxlandıqdan sonra məhkəməyə göndərilib. Təyin olunmuş 100 milyon tümənlik mülki vəsiqəni təmin etdikdən sonra sərbəst buraxılan fəal məhkəmə binasından çıxarkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb. O bundan sonra 5 gün “Sepah”ın təcridxanası, 3 gün isə Urmiyanın mərkəzi müvəqqəti saxlanma təcridxanasında saxlanılıb, sonda isə müvəqqəti olaraq sərbəst buraxılmışdır.


Salar Tahir Əfşar Urmiya “Sepah”ının kəşfiyyat bölümünün təcridxanasında saxlandığı zaman qanunsuz təşkilat yaratmaqda şübhəli bilindiyi bildirilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar