SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Səccad Sedqi müvəqqəti olaraq sərbəst buraxılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Səccad Sedqi müvəqqəti olaraq sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Səccad Sedqi ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o iki gün təhdid və təzyiqlər altında saxlandıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb.

 

GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı fəal noyabrın 21-də Təbrizdə saxlanılaraq Ettelaat İdarəsinin təcridxanasına aparılıb.

 

Fəal iki gün təhdid edilərək dindirildikdən sonra noyabrın 23-də azad edilib.

 

Verilən məlumata əsasən Ettelaat əməkdaşları Səccad Sedqi saxlanılmadan əvvəl ona zəng edərək idarəyə müraciət etməsini tələb ediblər, lakin fəal məhkəmə hökmü tələb edərək qanunsuz çağırışa əməl etməyəcəyini bildirib.

 

Səccad Sedqi ötən il ənənəvi Babək qalası yürüşü zamanı da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 80 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

Ötən günlərdə ölkədə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində kütləvi etirazlar keçirildiyi zaman onlarla güneyli fəal saxlanılıb. Etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçıların sayı və kimliyini müəyyənləşdirmək mümkün olmayıb, çox sayda fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı ehtimal olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar