SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Yaşar Nikrudan İki həftədən çoxdur heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Yaşar Nikrudan İki həftədən çoxdur heç bir xəbər yoxdur

Gunaz.tv

Gün Az TV: Ötən günlərdə Rəşt şəhərində yoxa çıxan güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikrunun vəziyyəti barədə heç bir xəbər yoxdur, səlahiyyətli məsullar hətta onun harada saxlandığı barədə məlumat verməkdən imtina edir.

 

Azərbaycanlı fəal Rəşt Ettelaat İdarəsinin ardıcıl təhdidlərindən sonra saxlanılıb.

 

Məlumata görə, Rəşt sakini olan milli-mədəni fəala mayın 22-də bir neçə dəfə zəng edilib, fəal şübhəli zənglərdən sonra yaxınlarına saxlanıla biləcəyi barədə məlumat verib.

 

Artıq 2 həftədən çoxdur ki, fəaldan heç bir xəbər yoxdur, yaxınlarının fikrinə görə o təhlükəsizlik qüvvələri tərəfindən tutulub, lakin kimsə harada saxlandığını bilmir.

 

Yaşar Nikrunun ailəsi onun vəziyyəti haqda nigaranlıq hissləri keçirir.

 

Fəal Ettelaat İdarəsi tərəfindən təhdid edildiyinə görə həmin idarə tərəfindən saxlandığı ehtimal olunur.

 

Yaşar Nikru “Türkmən səhra” bölgəsində sel baş verdiyi zaman digər azərbaycanlı milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedərək yardım etmə prosesində aktiv iştirakçılardan biri olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar