SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəalın iş yeri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb – Binabda

2021.10.20, 07:36
Güney azərbaycanlı fəalın iş yeri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb – Binabda

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Binab şəhərində milli-mədəni fəal Bəhmən Xaliqinin iş yeri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb.

 

Məlumata görə, təhlükəsizlik qüvvələri noyabrın 12-i səhər saatlarında Bəhmən Xaliqinin iş yerində axtarış aparıb, fəala aid kitablar, mobil telefonu və digər bir neçə şəxsi əşyanı özləri ilə götürüblər.

 

Əldə etdiyimiz informasiyaya əsasən, fəal axtarışdan sonra təhlükəsizlik orqanlarına aparılıb.

 

Bəhmən Xaliqinin noyabrın 16-da Təbrizdə Ettelaat İdarəsinin 37-ci otağına müraciət etməsi tələb olunub.

 

Azərbaycanlı fəal bundan əvvəl də mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. O Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs və 6 ay şərti həbs cəzasına məhkum edilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar