SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəallar Babək Xəbəri və Əmin Vəlizadə saxlanılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəallar Babək Xəbəri və Əmin Vəlizadə saxlanılıb

Gunaz.tv

GünAz TV: Salmas şəhərində güney azərbaycanlı fəallar Babək Xəbəri və Əmin Vəlizadə Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Fəallar martın 2-də tutulub. Həmin zaman onların saxlanması ilə bağlı Güney Azərbaycan Televiziyasının mətbuat mərkəzinə məlumat verilmişdir. Lakin fəalların ailəsini Ettelaat İdarəsinin təzyqindən qorumaq məqsədi ilə bu barədə saytımızda məlumat yayılmayıb.

 

Aradan təxminən bir ay keçməsinə baxmayaraq fəalların hansı ittiham və ya ittihamlar üzrə saxlandığı barədə heç bir məlumat yoxdur.

 

Xəbərin yayılmasından məqsəd azərbaycanlı məhbuslara dəstək verməkdir. Bu barədə Babək Xəbəri və Əmin Vəlizadənin ailəsi ilə koordinasiya edilmədən məlumat yayılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar