SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəallar yığıncaq keçirərək Abbas Lisani ilə həmrəylik nümayiş etdiriblər

2021.10.20, 07:36
Güney azərbaycanlı fəallar yığıncaq keçirərək Abbas Lisani ilə həmrəylik nümayiş etdiriblər

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil zindanında aclıq aksiyasını davam etdirdiyi bir vaxtda azərbaycanlı milli-mədəni fəallar yığıncaq keçirərək onunla həmrəylik nümayiş etdiriblər.

 

Yığıncaq iyunun 11-də Ərdəbil şəhərində baş tutub. Yığıncağa qatılan fəallar üzlərinə Abbas Lisaninin görüntüsü əks olunan maska taxaraq onunla həmrəy olduqlarını bəyan ediblər.

 

Yığıncaqda “Abbas Lisani Azərbaycan millətinin səsidir – Biz hamımız Abbas Lisaniyik” və “Azərbaycan var olsun – Lisani azad olsun” şüarı yazılmış parçalar da nümayiş etdirilib.

 

Bu gün Abbas Lisani aclıq aksiyasının 17-ci günündədir. O aksiyasının 15-ci günündə Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində əsassız ağır ittihamlarla mühakimə olunub.

Fəal məhkəmə tərəfindən irəli sürülən bütün ittihamları rədd edərək bu prosesi Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirib.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O təxminən 5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Tanınmış fəal məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

 

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar