SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəallardan 3-ü saxlanılıb – Tehran Əyalətində

2021.10.20, 07:36
Güney azərbaycanlı fəallardan 3-ü saxlanılıb – Tehran Əyalətində

Gunaz.tv

GünAz TV: Benzinin bahalaşması ilə əlaqədar etiraz aksiyaları başlayan gündən İranda çox sayda güney azərbaycanlı fəal saxlanılıb, onlardan daha 3-nün kimliyi müəyyən edilib.

 

Məlumata görə, Tehranın Nəsimşəhr məhəlləsinin sakini olan Əli İbrahimi və Saleh Ekrami noyabrın 19-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İslamşəhr sakini olan azərbaycanlı fəal Mənsur Fəthi isə noyabrın 21-də öz evində saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Tutulan fəallar barəsində bu günə qədər heç bir məlumat yoxdur.

 

İran və Güney Azərbaycanda yaşayan bütün soydaşlarımızdan xahiş olunur ki, etirazlar zamanı öldürülən, yaralanan və ya saxlanılanlar barədə hərhansı məlumatları barsa, bu barədə Güney Azxərbaycan Televiziyasına informasiya versinlər.

 

Son etirazlar başladığı gündən İran və güney Azərbaycan şəhərlərində çox sayda milli-mədəni fəal saxlanılıb, onlardan bu günədək 32-nin kimliyi müəyyən edilib:

1-     Babək Hüseyni Müqəddəm (Urmiya)
2-     Əli Əzizi (Urmiya - müvəqqəti olaraq azadlığa buraxılıb)
3-     Salar Tahiri Əfşar (Urmiya)
4-     Qaffar Rzaiyan (Zəncan)
5-     Məhəmməd Qaffari (Zəncan)
6-     Əkbər Rəməzani (Zəncan)
7-     Məcid Fəxri (Zəncan)
8-     Əlirza Məhərrəmi (Zəncan)
9-     Həmid Dusti (Zəncan)
10-    Bəhram Cəfəri (Zəncan)
11-    Davud Şiri (Təbriz)
12-    Əyyub Şiri (Təbriz)
13-    Ruzbeh Piri (Təbriz)
14-    Yaşar Piri (Təbriz)
15-    Fəraz Novruzi (Təbriz)
16-    Məhəmməd Mahmudi (Təbriz)
17-    Əkbər Mühaciri (Təbriz)
18-    Höccət Muxtarzadə (Təbriz)
19-    Babək Hüseyni Müqəddəm (Təbriz)
20-    Şahin Bərzgər (Təbriz)
21-    Səccad Sedqi (Təbriz – müvəqqəti olaraq azadlığa buraxılıb)
22-    Əkbər Rasexi (Təbriz)
23-    Tohid Xademi (Qoşaçay)
24-    Əhməd Abedi (Qoşaçay)
25-    Meysəm Colani (Ərdəbil)
26-    Mehrdad Şeyxi (Ərdəbil)
27-    Arəş Cavanşir (Ərdəbil)
28-    Siyamək Seyfi (Xiyav)

29-    Məleykə Qaragözlü (Tehran Əyalətində öyrəncidir)

30-    Əli İbrahimi (Tehran)

31-    Saleh Ekrami (Tehran)

32-    Mənsdur Fəthi (Tehran)

 

Saxlanılan fəallardan bəziləri mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb, qalan fəalların vəziyyəti barədə heç bir məlumat yoxdur.


Etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçılar və fəalların sayı, eləcə də kimliyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb, çox sayda etirazçı və fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı ehtimal olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar