SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəalların həyatı təhlükədədir - Evin və Ərdəbil həbsxanasından koronavirus xəstələri xəstəxanaya aparılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəalların həyatı təhlükədədir - Evin və Ərdəbil həbsxanasından koronavirus xəstələri xəstəxanaya aparılıb

Gunaz.tv

GünAz TV: Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar ailə üzvləri ilə telefon əlaqəsi saxlayaraq həbsxanada koronavirus təhlükəsindən bəhs ediblər.

 

Onların dediyinə görə, aprelin 7-də həbsxananın 4-cü bölümünün 3-cü otağında koronavirus əlamətləri aşkarlanan bir məhbus həbsxananın poliklinikasına aparılıb, məhbusun sonra şəhərin xəstəxanasına köçürüldüyü ehtimal edilir.

 

İnsan hüquqları müdafiəçisi Rza Xəndan Twitter səhifəsində bu məsələyə işarə edib. O qeyd edib ki, 3-cü otağın məsullarından xəstəxanaya aparılan məhbusun əşyaları, o cümlədən yatağının yandırılması tələb olunub.

 

Güney azərbaycanlı fəallar Əlirza Fərşi, Tövhid Əmir Əmini və Kazım Səfabəxş sözügedən bölümdə saxlanılır, onların səhhəti ilə bağlı nigaranlıq artıb.

 

Oxşar hadisə Ərdəbil həbsxanasında baş verib. Məlumata görə, koronavirusa yoluxduğu ehtimal olunan 8-ci bölümün bir məhbusu Ərdəbilin İmam Xəstəxanasına köçürülüb.

 

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin saxlandığı 7-ci bölümün məhbusları 8-ci bölümün məhbuslarının istifadə etdiyi bufet, salon, telefon və digər imkanlardan istifadə edir. Ona görə də 7-ci bölümün məhbusları, o cümlədən Abbas Lisaninin koronaviris infeksiyası təhlükəsi ilə üz-üzə qaldığı nigaranlığa səbəb olub.

 

Bundan əvvəl Ərdəbil həbsxanasının “Səlamət” və 1-ci bölümləri koronavirus xəstələri olduğuna görə karantınə alınıb.

 

Lətif Həsəni və Məhəməd Əbdulməhəmmədzadənin saxlandığı Rəcayişəhr və Təbriz zindanlarından da koronavirus təhlükəsi ilə bağlı oxşar xəbərlər gəlir.

 

Koronavirus infeksiyasının həbsxanalarda yayılması səbəbindən Azərbaycan Əhalisi və İnsan Hüquqları Qurumları İran rejimini məhbusları müvəqqəti sərbəst buraxmağa çağırıb. Buna baxmayaraq rejim hələ də bir çox siyasi məhbus və təhlükəsiz ittihamlara görə həbs edilən məhbusları məzuniyyətə buraxmaqdan imtina edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar