SON XƏBƏRLƏR

“Güney azərbaycanlı gənclərin məşğulluğunun artırılması üçün bir rial belə xərclənməyib”

2021.10.20, 07:36
“Güney azərbaycanlı gənclərin məşğulluğunun artırılması üçün bir rial belə xərclənməyib”

Gunaz.tv

GünAz TV: İran Avtomobil Ehtiyat Hissələri İstehsalçıları Dərnəyinin rəisi rejimin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətini tənqid edərək uzun illərdir Azərbaycanda məşğulluq sahəsində heç bir iş görülmədiyini bildirib.

 

Bu barədə Rza Paşayi “Təbriz-i Mən” xəbər agentliyinə danışıb.

 

“40 ildən çoxdur ki, İslam Cümhuriyyəti qurulub. Bu müddətdə hökumətlərin heç biriAzərbaycanda gənclərin məşğulluğunun artması üçün bir rial belə xərcləməyib. Bu məsələ vaxtı ilə ölkə sənayesinin qütbü sayılan və ölkədə ikinci yeri tutan Təbrizi 21-ci yerdən aşağıya düşməsinə səbəb olub.

Təbrizin böyük zavodlarının özəlləşdirilməsi də düzgün deyildi. Bu məsələ sənayeni məhv etdi və Şərqi Azərbaycan Əyalətinin əsas sənayesi sayılan avtomobil və ehtiyat hissələrinin istehsalında böyük problemlər yaratdı.”- deyə o bildirib.

 

Əyalətin iqtisadiyyatından danışan Rza Paşayi əlavə edib ki, ölkənin 5 faiz əhalisi Şərqi Azərbaycanda yaşayır, lakin ölkə iqtisadiyyatının 3.5 faizi bu əyalətə aiddir.

“Şərqi Azərbaycanda likvidlik problemi də yaşanır. Hazırda əyalətdə likvidlik səviyyəsi 4.9 faizdən ibarətdir. Proqnozlara görə bu rəqəm 2.2 faizədək düşə bilər. Bu məsələ böyük nigaranlıq doğurur. Ona görə ki, əyalətin get-gedə yoxsullaşmasını göstərir.”- deyə Rza Paşayi vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar