Güney Azərbaycanlı gənclərin təhsil problemi: “Xüsusi proqram hazırlanmalıdır”

2021-03-18 12:35

Son illər Azərbaycandan kənarda yaşayan soydaşlarımızın ana dilində təhsil alması problemindən çox danışılır.

Gunaz.tv Quote | Gunaz article

30 il öncə Gürcüstan Respublikasında Azərbaycandilli məktəblər var idi. Lakin onların sayı son illər xeyli azalıb. Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində yaşayan 150 mindən çox azərbaycanlının ana dilində təhsil almaq problemi var. 

Burada məktəblərin əksəriyyəti rus dilindədir. Suriyada, İraqda yaşayan soydaşlarımız da eyni problemlə üzləşir. Ən ciddi problem təbii ki, Azərbaycanın güneyindədir. İran adlanan ölkədə  yaşayan 35 milyondan çox azərbaycanlının ana dilində təhsil almaq hüququ təmin edilmir.  Azərbaycan Respublikası 30 ildir müstəqil dövlətdir. Ölkəmizdə 50-dən ali məktəb var. Bu ali məktəblərdə təhsil prosesi dövlət sifarişi və ödənişsiz əsasda aparılır. Bir sıra ekspertlər hesab edir ki, qonşu ölkələrdən, özəlliklə Güney Azərbaycandan gənc  soydaşlarımızın Bakıda, Gəncədə güzəştli təhsil kreditlərinə cəlb edilməsi lazımdır. Bu layihəni həyata keçirməyə ə mane olur?

“Humanitar fənnlərə üstünlük verilməlidir”

Kərəm Məmmədli vəzifə aldı: səfirin atasını əvəz etdi

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent, tarix elmləri namizədi Kərəm Məmmədli Günaz.tv-yə açıqlamasında bildirib ki, qonşu dövlətlərdə yaşayan soydaşlarımızın güzəştli təhsilə cəlb edilməsi olduqca vacibdir: “Olduqca lazımlı təşəbbüsdür. Bir neçə dəfə müzakirə edilsə də, sonradan nədənsə konkret iş görülməyib. 

Azərbaycan türklərinin yaşadığı bölgələrdən heç olmasa ildə 3-5 nəfər gətirib təhsil vermək olar. Güney Azərbaycandan, Kərkükdən, Bayırbucaqdan, Borçalıdan, Dərbənddən azərbaycanlı gəncləri gətirib güzəşli təhsil kreditlərinə cəlb etmək olar. Onlara geri qayıtmaq şərti ilə təhsil vermək lazımdır. Onların heç Bakıda təhsil alması da o qədər vacib deyil. Qoy Gəncədə, Şəkidə, Lənkəranda, Qazaxda təhsil alsınlar. Yetər ki Azərbaycan dilini öyrənsinlər. Hər il 20-25 nəfər yetişdirmək olar. Tək Şərqdən yox, Avropadan da gəncləri gətirmək olar. Əsas odur ki, dili unutmasınlar. Humanitar fənnlərə üstünlük verilməlidir”.

“Onlara Azərbaycan dili və ədəbiyyatı, tarixi və mədəniyyəti öyrədilməlidir”

Paşinyan üçün “xilas kəməri”: “Bu layihə baş tutsa...” - Oqtay Qasımov

Sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi, “Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov da hesab edir ki, xaricdə yaşayan soydaşlarımızı Azərbaycanda təhsilə cəlb edilməsi zəruridir: “Bununla bağlı xüsusi proqram olmalıdır. Əgər biz hesab ediriksə Azərbaycan bütün dünyada yaşayan soydaşlarımızın vətənidir, sayımız da dünyada 50 milyondur, o zaman  xaricdə yaşayan soydaşlarımıza güzəştlər tətbiq edilməlidr. 

Güney Azərbaycanda, Kərkükdə, Borçalıda, Dərbənddə yaşayan soydaşlarımız üçün nəyə görə Bakıda, Gəncədə təhsil ala bilməsinlər? Özəlliklə də güneyli gənclərə xüsusi güzəştlər olamlıdır. Onlar gəlib burada təhsil almalı, peşəkar kadr kimi yetişin ölkələrinə qayıtmalıdırlar”. 

Oqtay Qasımov hesab edir ki, Azərbaycan təhsil alın peşəkar kadr kimi yetişən gənclər sonradan ölkələrarası münasibətlərə töhfə verəcək. Oqtay Qasımovun fikrincə, Baklıda yetişən kadrlar Güney Azərbaycan şəhərlərində türk dilində açılacaq məktəblərdə, fakültələrdə dərs deyə bilər: “Onların öz ölkələrində böyük faydası dəyəcək. Xaricdən gələn soydaşlarımıza əsasən Azərbaycan dili və ədəbiyyatı, tarixi və mədəniyyəti öyrədilməlidir. Məqsəd odur ki, onlar bunu öyrənsin və gəldikləri yerdə gənclərə öyrətsinlər”.  

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Hikmət Hacıyev: “Sosial media saxta xəbərləri böyüdür”

2021-06-18

gun az article

AVRO-2020: Portuqaliya Almaniya ilə, Polşa İspaniya ilə üz-üzə

2021-06-19

gun az article

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

2021-06-18

gun az article

Ərdoğan BMT-nin fəaliyyətini tənqid etdi

2021-06-18

gun az article

Qarabağda 13 mindən çox əmlakın inventarlaşdırılması başa çatıb

2021-06-18

gun az article

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

2021-06-18

gun az article

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18

gun az article

İranın Kürdüstan əyalətində səyyar səs qutusunu daşıyan mikroavtobus qəzaya uğrayıb: 1 ölü, 6 yaralı

2021-06-18

gun az article

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

2021-06-18

gun az article

Əhmədinejad: “Bu seçkinin nəticəsi xalqın ziyanına olacaq”

2021-06-18

gun az article

Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI

2021-06-18

gun az article

İranın daxili işlər naziri: “Heç bir seçki məntəqəsində səsvermə prosesi dayandırılmayıb”

2021-06-18

gun az article

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18

gun az article

Həsən Ruhani, Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi səs verib

2021-06-18

gun az article

Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18

gun az article

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

2021-06-18

gun az article

ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18

gun az article

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

2021-06-18

gun az article

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18

gun az article

Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17