Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18 12:29

Milli fəal Əyyub Şiri Təbriz Məhkəməsinin hökmləri icra edən bölümünün 4-cü şöbəsinə çağırılıb.

Gunaz.tv Quote | Gunaz article

Güney azərbaycanlı fəala göndərilən elektron çağırış vərəqəsində Şirinin barəsində çıxarılan hökmün icrası üçün sentyabrın 22-də həmin şöbəyə müraciət etməsi tələb olunub.

 

Bu barədə, Təbriz sakini milli fəal öz İnstagram səhifəsində məlumat verib.

 

“İctimai nəzm-intizamı pozmaq”da günahlandırılan Şiri yoxsul ailələrə və ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə 10 milyon tümən dəyərində dezinfeksiya və tibbi vasitələr almağa məhkum edilib.

 

Bununla yanaşı Şiri 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Lakin milli fəal barəsində çıxarılan həbs və şallaq cəzalarının icrası bir illiyə təxirə salınıb.

 

Əyyub Şiri 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla digər fəalla birlikdə saxlanılmışdı.

O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

Milli fəalın həmin etirazlarda iştirak etdiyinə dair heç bir sübutun olmadığı halda məhkəmə onun barəsində qərar çıxarıb.

 

Qeyd edək ki, Əyyub Şiri həmçinin Təbrizdə İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 2 il həbs cəzasına məhkum edilib. Məhkəmə onu heç bir sübut olmadan GAMAC təşkilatına üzv olmaqda günahlandırıb.

 

Xatırladaq ki, 2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib.

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18