SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi müvəqqəti sərbəst buraxılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi müvəqqəti sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: Tehran sakini olan güneyli azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Evin zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

 

O 3 ay saxlandıqdan sonra 400 milyon tümənlik mülki vəsiqə qarşılığında aprelin 11-də azad edilib.

 

Əsasən türk dilində kitab paylamaq və şəhərdən uzaq Azərbaycan kəndlərində kitabxanalar yaratmaq kimi mədəni fəaliyyətlə məşğul olan Əlirza Fərşi yanvarın 8-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Fəal qanunsuz qrupa üzv olmaq ittihamı ilə üzləşib. O 2014-cü ildə daha üç azərbaycanlı fəalla (Əkbər Azad, Behnam Şeyxi və Həmid Manafi Nadarlı) birlikdə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün həmin ittiham üzrə saxlanmışdır.

 

Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi yuxarıda adları çəkilən fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib. Hökm, yanvarın 20-də Apellyasiya Məhkəməsinə çağırılan fəalların vəkili Seyid Məhəmməd Fəqihiyə elan olunub.

 

Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran rejiminin müxtəlif təzyiqlərinə məruz qalıb, bundan əvvəl onun universitetdə tədris etməsinə icazə verilməyib.

 

Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılıb. Lakin Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini, Kazım Səfabəxş və Məhəmməd Əbdülməhəmmədzadə kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar