SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadə 27 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadə 27 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi, birinci instansiya məhkəməsinin güney azərbaycan fəal barəsində çıxardığı 27 ay həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.


Məlumata görə, Məhəmməd Əbdülməhəmmədzadə “rəhbəri təhqir etmək” və “müxalif qrupların xeyirinə olaraq İslam Cümhuriyyətinin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb. O sıralama ilə birinci ittihama görə 15 ay, ikincinə görə isə 12 ay həbs cəzasına məhkum edilib.

Təbriz sakini olan azərbaycanlı fəal toplam olaraq 27 ay azadlıqdan məhrum edilib.


Fəalın ailəsi və yaxınları mətbuata məlumat vermədiyindən onun saxlanması və məhkəmə prosesi Azərbaycanın kütləvi informasiya vasitələrində işıqlandırılmayıb.


Məhəmməd Əbdülməhəmmədzadənin dindirilmə və məhkəmə prosesi təxminən bir il davam edib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar