SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq sərbəst buraxılıb.

 

O 30 milyon tümənlik mülki vəsiqə qarşılığında yanvarın 16-da azad edilib.


Mehrdad Şeyxi yanvarın 8-i Təbriz vaxtı ilə saat 09:30-da hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib, lakin o məhkəmə iclası başa çatdıqdan sonra evə qayıtmamışdır.

Fəal yanvarın 13-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq təhlükəsizlik qüvvələri tərəfindən saxlandığını bildirmişdir.


Azərbaycanlı fəala “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı üzrə saxlandığı bildirilib.


Mehrdad Şeyxi 2019-cu il noyabrın 20-də Ərdəbildə öz atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. O 11 gün təcridxanada saxlandıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar