SON XƏBƏRLƏR

Güney azərbaycanlı mühəndis havanı dezinfeksiya edən cihaz ixtira edib – VİDEO

2021.10.20, 07:36
Güney azərbaycanlı mühəndis havanı dezinfeksiya edən cihaz ixtira edib – VİDEO

Gunaz.tv

GünAz TV: Urmiya şəhərindən olan güney azərbaycanlı mühəndis havanı dezinfeksiya edən cihaz ixtira edib.

 

Məlumata görə, İran rejimi "ANTI CORONA" adlanan cihazın istehsalına icazə vermədiyi üçün, mühəndis Mehrdad Fojlaley aparatı Türkiyənin Van şəhərində istehsal etməyə məcbur olub.

 

Plazma texnologiyası ilə işləyən cihaz virus və bakteriyadan əlavə, havadakı karbon qazı və karbonmonoksit kimi zərərli qazları aradan aparır, hava ilə birlikdə, ətrafda olan bütün əşyaları da dezinfeksiya edir.

 

Türkiyə markası ilə bazara çıxarılan cihaza bir çox ölkə, o cümlədən İrandan tələblər var.

 

Bu barədə ətraflı məlumat almaq üçün aşağıdakı videonu izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=30&v=1rL70QJY_M4&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar