SON XƏBƏRLƏR

Güney azərbaycanlı öyrəncilər Darülşəfa qardaşlarının Evin zindanında saxlanması davam edir

2021.10.20, 07:36
Güney azərbaycanlı öyrəncilər Darülşəfa qardaşlarının Evin zindanında saxlanması davam edir

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı öyrənci Yaşar Darülşəfanın saxlanmasından 39 gün, qardaşı Kavənin isə 35 gün keçir, lakin onlar hələ də Tehranın Evin zindanının Ettelaat Nazirliyinə məxsus 209-cu korpusunda qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Jurnalist və tərcüməçi Bəhmən Darülşəfayi bu barədə Twitter səhifəsində məlumat paylaşıb:

“Yaşar 5 həftə, Kavə isə bir ay öncə saxlanılıb. Onların ikisi də saxlandıqları gün telefon əlaqəsi saxlayaraq Evin zindanının 209-cu korpusunda Ettelaat Nazirliyinin nəzarəti altında olduqlarını bildiriblər. Bir dəfə də ötən günlərdə zəng edərək normal vəziyyətdə olduqlarını qeyd ediblər. Onların ikisi də bir-birindən xəbərsiz olub.”

 

Yaşar Darülşəfa noyabrın 21-də öz dostunun evində 20 nəfər təhlükəsizlik əməkdaşının kobud hücumuna məruz qalaraq saxlanılıb. O tutulduqdan sonra öz evinə aparılıb, təhlükəsizlik əməkdaşları azərbaycanlı öyrəncinin bir çox şəxsi əşyasını özləri ilə götürüb.

 

Evin zindanında saxlanılan öyrənci yaxalandıqdan 2 gün əvvəl qəza keçirərək ayaq və bel nahiyyəsindən xəsarət alıb.

 

Yaşar 2016-cı il noyabr ayında 5 illik həbs cəzasının 4 il 2 ayını çəkdikdən sonra şərti olaraq Evin zindanından sərbəst buraxılıb.

 

Kavə Darülşəfa isə noyabrın 25-də öz evində Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının 209-cu korpusuna aparılıb. O bundan əvvəl qardaşı Yaşara qarşı edilən kobud rəftar və Evin zindanının “Qara cümə axşamı” adı ilə tanınan 350-ci bəndində saxlanılan digər məhbuslara edilən təzyiqlərə etiraz olaraq keçirilən yığıncaqla bağlı yaxalanıb, Evin Zindanında 15 gün saxlandıqdan sonra sərbəst buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar