SON XƏBƏRLƏR

Güney azərbaycanlı öyrəncilər Şahin Bərzgər və Ruzbeh Pirinin azadlığa buraxılması tələbi ilə imzatoplama kampaniyası keçirir

2021.10.20, 07:36
Güney azərbaycanlı öyrəncilər Şahin Bərzgər və Ruzbeh Pirinin azadlığa buraxılması tələbi ilə imzatoplama kampaniyası keçirir

Gunaz.tv

GünAz TV: İran universitetlərinin bir qrup türk öyrəncisi güney azərbaycanlı öyənci fəallar Şahin Bərzgər və Ruzbeh Pirinin azadlığa buraxılması tələbi ilə imzatoplama kampaniyası təşkil edib.

 

Öyrəncilər kampaniya keçirməklə yanaşı İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktub ünvanlayaraq adı çəkilən fəalların qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

 

Məktubda qeyd olunub ki, benzinin qiymətinin bahalaşmasından sonra keçirilən etirazlar zamanı azərbaycanlı öyrəncilər Şahin Bərzgər və Ruzbeh Piri Təbrizdə saxlanılıb.

“İttihamların yazılı şəkildə elan olunmaması, saxlandıqdan sonra bir ay müddətinə Şahin Bərzgərdən heç bir xəbər olmaması, təhlükəsizlik qüvvələrinin hər iki öyrənci ilə kobud davranması, ailələrinə təzyiq edilməsi, vəkil tutma hüququndan məhrum edilmələri, saxlanma və dindirilmə prosesinin qeyri-şəffaf olması və s. fəallarla bağlı qanun pozuntusuna yol verildiyini göstərməkdədir.”- deyə məktubda vurğulanıb.

 

Öyrəncilər Məhkəmə Sisteminin rəisindən adı çəkilən öyrəncilərin işinə baxılması və onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar