SON XƏBƏRLƏR

Güney azərbaycanlı öyrəncilər Tehranın millət vəkilinə Pinokkionun büstünü hədiyyə edib

2021.10.20, 07:36
Güney azərbaycanlı öyrəncilər Tehranın millət vəkilinə Pinokkionun büstünü hədiyyə edib

Gunaz.tv

GünAz TV: Bir qrup güney azərbaycanlı öyrənci Tehranın İran parlamentindəki millət vəkili Mahmud Sadiqiyə özünəlayiq büst hədiyyə edib.

 

Mahmud Sadiqi, Mühəqqiq Ərdəbili Universitetinin İslahatçı Təşkilatının dəvəti ilə Güney Azərbaycana gəlib. Universitetdə ona yalanlarına görə məşhur Pinokkionun büstü hədiyyə edilib.

 

Universitetin İslami Dərnəyinin öyrənciləri bildirib ki, büst deputata əhalini aldatmaq üçün cəhdlərinə görə bağışlanır.

 

https://www.youtube.com/watch?time_continue=9&v=Q9xnQhphrAg&feature=emb_logo

 

Mahmud Sadiqi sözdə islahatçı siyasətçi olmaqla yanaşı, o həm də universitet müəllimi, ruhani və hüquqşünasdır. O hazırda Tehranın İran parlamentindəki millət vəkili kimi fəaliyyət göstərir.

 

Mahmud Sadiqi “Sepah” Amerika Birləşmiş Ştatları tərəfindən terrorçu qruplaşma kimi tanındığı zaman “Sepah” əməkdaşlarının geyimini geyərək parlamentdə bu məsələyə etiraz edən deputatlar arasında yer almışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar