SON XƏBƏRLƏR

Güney azərbaycanlı rejissor: İranda türklərin türkə edilən hörmətsizlikdən qəzəblənməsi inkaredilməz faktdır - VİDEO

2021.10.20, 07:36
Güney azərbaycanlı rejissor: İranda türklərin türkə edilən hörmətsizlikdən qəzəblənməsi inkaredilməz faktdır - VİDEO

Gunaz.tv

GünAz TV: “Atabay” filminin ssenari müəllifi və aktyoru Hadi Hecazifər İranda türklərə qarşı olan fikir tərzini kəskin tənqid edərək bildirib ki, bu ölkədə türklərin türkə edilən hörmətsizlikdən qəzəblənməsi inkaredilməz faktdır.

 

Azərbaycanlı sənətkar “Atabay” filminin tənqidi və təhlili ilə bağlı keçirilən tədbirdə jurnalist Əmir Fərz İlahinin irqçi açıqlamaları və özünün əsəbləşməsi ilə əlaqədar bunları deyib:

“Biz elə öyrənmişik ki, bu coğrafiyada (İran) hər kəs səsini daha çox yüksəltsə, o hər şeyi həll edəcək.

Bu məsələ özümlə əlaqədar olsaydı, belə reaksiya verməzdim. Lakin bir beyt şeiri Əmir Fərz İlahinin bütün mütaliəsi, şəxsiyyəti, duyğu və həyəcan yaddaşından daha üstün olan türk dili və kimliyi hədəfə alınarsa, mütləq sərt reaksiya verərəm.

Kimsə sizin sərhədlərinizə daxil olarsa, siz nə reaksiya verərsiniz?! Bizim də öz sərhədlərimiz var. Baxmayaraq ki, hamımızın İran adlı ölkədə yaşayıb və yaratdığımıza inanan birisiyəm.”

 

https://www.youtube.com/watch?time_continue=1&v=vK9PCxUGJnA&feature=emb_logo

 

Xoy şəhərindən olan azərbaycanlı aktyor sözlərini belə davam etdirib.

“Mən sizin dilinizə hörmət edirəm, siz də türk dilinə hörmət etməlisiniz. Bunu öyrənmək lazımdır. Təəssüflər olsun ki, bu ölkədə müxtəlif səbəblərə görə bu hörmət görünmür. Bunu artıq hamı hiss edir. Çoxları bu hissi dilə gətirmir, lakin hamı bu vəziyyətdən narahatdır.”- deyə o qeyd edib.

 

Cümə günü, fevralın 7-də “Atabay” filminin tənqidi tədbirində farsdilli jurnalist Əmir Fərz İlahi irqçi açıqlamalara yol verərək “Atabay” filmini hədəfə alıb. O bildirib ki, İranın rəsmi dili fars dilidir. Kimsənin türk dilində film çəkmək hüququ yoxdur.

 

Buna cavab olaraq Hadi Hicazifər bildirmişdir ki, sizin fikriniz faşizmdir. Sən və kimsə türk dilini təhqir edə bilməz. Ölkə konstitusiyasına əsasən türk dili ölkədə tədris olunmalıdır.

 

https://www.youtube.com/watch?time_continue=141&v=ELtLItkNdYg&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar