SON XƏBƏRLƏR

Güney azərbaycanlı vəkil Məhəmməd Güneyli apellyasiya məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı vəkil Məhəmməd Güneyli apellyasiya məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal və vəkil Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinə çağırılıb.


Yanvarın 25-də məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsində fəaldan fevralın 13-ü yerli vaxtla saat 09:30-da apellyasiya məhkəməsinə müraciət etməsi tələb olunub.


Çağırış vərəqəsində qeyd olunub ki, apellyasiya məhkəməsində “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılacaq.


Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin rəisi hakim Ehrari 2019-cu il dekabrın 17-də ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə 6 ay həbs cəzasına məhkum edib.

 

Etibarlı bir mənbə azərbaycanlı vəkilin məhkəmə prosesinə işarə edərək bundan əvvəl irəli sürülən “İslam Cümhuriyyətinə düşmən olan dövlətlərlə irtibat qurmaq və əməkdaşlıq etmək”, eləcə də “səlahiyyəti olmayan şəxslərə gizli məlumatlar ötürmək” ittihamlarının qüvvədə olduğunu bildirib. O qeyd edib ki, fəalın 5-ci məhkəmə iclası yaxın zamanda həyata keçiriləcək.

 

Məhəmməd Güneyli, Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
O saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi, məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.


Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar