SON XƏBƏRLƏR

Güney azərbaycanlı yumoristik sənətçi vəfat etdi

2021.10.20, 07:36
Güney azərbaycanlı yumoristik sənətçi vəfat etdi

Gunaz.tv

GünAz TV: Yumor, satira və gülüş sahəsində xüsusi istedada malik olan İsmayıl Heydəri bu gün səhər saatlarında 68 yaşında vəfat edib.

 

Bu barədə mərhumun bacısı oğlu Davud Söhrabi məlumat verib.

 

“Dayım dünən Marağadan Kərəcə getmişdir. Onun qanında şəkərin miqdarı həddindən artıq aşağı düşüb. Bundan sonra təcili tibbi yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Dayım şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi, bununla əlaqədar ötən illərdə onun iki ayağı dizdən aşağı kəsilmişdir”- deyə o bildirib.

 

İ.Heydərinin uzun illərdir ailəsi ilə birlikdə Kərəcdə yaşadığını deyən D.Söhrabi, onun vətəni Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət etdiyini bildirib.

 

Həyatın adi hadisələrinə geniş məna verib, onu yumor şəkilində təqdim edən tanınmış sənətçi azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanırdı.

 

İ.Heydəri 1949-cu ildə Marağada dünyaya göz açıb, onun 3 qızı və 2 oğlu var. Mərhum bundan əvvəl avtobus və yük maşını sürücüsü olub. “Allah rəhmət eləsin”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar