SON XƏBƏRLƏR

Güney azərvaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər yayılıb – Tehranda

2021.10.20, 07:36
Güney azərvaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər yayılıb – Tehranda

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif şəhərləri kimi, İran paytaxtı Tehranda da azərbaycanlı siyasi məhbusların azadlığı buraxılması tələb olunur.

 

Bu istiqamətdə Tehranın müxtəlif məntəqələrində çox sayda poster paylanılıb. Siyasi məhbusların şəkillərini əks etdirən posterlər bir çox yerlərdə divarlardan da asılıb.

 

Posterlərin üzərində tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas lisani, Lətif Həsəni və Siyamək Mirzayinin şəkilləri əks olunub.

 

Siyasi məhbusların azadlığını tələb edən posterlər latin əlifbası ilə Azərbaycan türkcəsində yazılıb.

 

Son günlərdə Güney Azərbaycanın bir çox şəhərində divarlara həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəalların azadlığını tələb edən şüarlar yazılıb.

 

Tehranda yayılan posterlərin şəkili iyulun 12-də GünAz TV-yə göndərilib:

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar