SON XƏBƏRLƏR

Güney və quzey azərbaycanlı muğənnilərin Tehranda keçirdiyi konsertdən VİDEOLAR

2021.10.20, 07:36
Güney və quzey azərbaycanlı muğənnilərin Tehranda  keçirdiyi konsertdən VİDEOLAR

Gunaz.tv

GünAz TV: Azərbaycanın tanınmış müğənniləri İran paytaxtı Tehranda konsert keçirib.

 

Daxili İşlər Nazirliyinin salonunda keçirilən “Ayhan” konsertində Güney Azərbaycandan Haşim İslamiyan və Quzey Azərbaycandan Əməkdar artist Baloğlan Əşrəfov, müğənni Elçin Hüseynov və meyxanaçı Namiq Qaraçuxurlu Azərbaycan mahnıları ilə çıxış ediblər.

 

 Cümə günü keçirilən konsertin ssenari müəllifi Yaşar Azərtaş olub.

 

Konsertin başlanğıcında Haşim (Ayhan) İslamiyan “Maral” adlı albomundan bir neçə Azərbaycan mahnısı ifa edib. Güneyli müğənni “o gözəl xanımdı” musiqi parçasını xüsusi zövqlə səsləndirib.

 

H.İslamiyandan sonra Baloğlan Əşrəfon “Ay uçan quşlar”, “Şəlalə”, “Ana” və “nədəndir” mahnılarını ifa edib.

 

Elçin Hüseynov isə “Evlənmirəm”, “Dağlara gedəndə”, “Babam”, “Bir maral” və “Ana” mahnıları ilə musiqisevərləri coşdurub. Ən sonda isə Namiq Qaraçuxurlu “Qəlbimdə vurdu”, “Papanın gül balası” və “Rivayət” kimi musiqi parçalarını ifa edərək konserti izləyən güneyli musiqisevərləri həyəcanlandırıb.

 

Yuxarıda adları çəkilən müğənnilər ilk konsertlərini 2017-ci il sentyabrın 28-də Tehranda keçiriblər.

 

H.İslamiyan Güney Azərbaycanın tanınmış müğənnilərindən biridir. O Tehran, Təbriz, Ərdəbil, Zəncan və Urmiyə şəhərləri, həmçinin Türkiyə və Azərbaycan Respublikası kimi ölkələrdə dəfələrlə səhnəyə çıxıb.

 

Video:

https://www.youtube.com/watch?v=m1aoqmp_bFI

 

https://www.youtube.com/watch?v=B5Ypf7KryFU

 

https://www.youtube.com/watch?v=IHa0DngNBr0

 

https://www.youtube.com/watch?v=8xPp_z4vtr0

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar