Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23 11:01

​​​​​​​İyulun 22-i, axşam saat 22 radələrində Təbriz şəhərinin 50 kilometrliyində yerləşən Xoca şəhərində 5 milli-mədəni fəal saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Rəhim Sasaniyan, Yaşar Piri, Sədullah Sasaniyan, Möhsün Abbaspur və Məhəmməd Purəli saxlanıldıqdan sonra “Sepah”ın Təbrizdəki kəşfiyyat və təhlükəsizlik təcridxanasına köçürülüb.

İyulun 23-ü səhər saat 7-də sərbəst buraxılan milli fəalların mobil telefonları təhlükəsizlik məmurları tərəfindən müsadirə edilib.

Yaxınlarının sosial mediada yaydıqları məlumata görə, saxlanılan zaman hökumət məmurları onlara bununla bağlı heç bir məhkəmə hökmü təqdim etməyiblər.

Bu isə məmurlardan məhkəmə hökmü tələb edən fəallarla “Sepah”ın təhlükəsizlik məmurları arasında qarşıdurmaya səbəb olub.

Fəallar sərbəst buraxıldıqdan sonra bildiriblər ki, barələrində cinayət işi açılmayıb.

Saxlanılma səbəbləri barədə də heç bir açıqlama ala bilməyiblər.

Milli fəallar son təzyiqləri mitinq çağırışı ilə əlaqədar oldğunu bildiriblər.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində Xusiztanda davam edən su üsyanına dəstək aksiyaları başlanıb. Milli fəallar iyulun 24-də saat 18.00-də bir sıra şəhərlərdə Əhvaz ərəblərinə dəstək mitinqi keçirməyi planlaşdırır. Molla rejimini əndişəyə salan da aksiya hazırlığıdır. 

Bununla yanaşı dünən Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində Əkbər Qulizadə və Rza Cəfərlu təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Onlar bir neçə saatlıq dindirmədən sonra sərbəst buraxılıblar.
İyulun 22-i, axşam saatlarında ETTELAAT-ın yerli məmurları Urmuda yaşayan fəal Əşkan Səadətmehrin iş yerinə hücum ediblər. Fəalı iş yerində tapa bilməyən məmurlar onun evinə müraciət ediblər.   
Əşkan Səadətmehr məmurların axtarış və saxlama ilə bağlı məhkəmə icazələri olmadığı üçün qapını açmayıb.  

Son iki gün ərzində İranın Təhlükəsizlik Nazirliyinin yerli bölmələrinin bir sıra güneyli milli-mədəni fəallara zəng edərək onları hədələyib. Rejim mənsubları onlardan hər hansı bir aksiyaya qatılmamağı tələb edib.


C.E 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

Güney Azərbaycanda etiraz aksiyalarına çağırış edilib

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16