Güneydə tarixi abidələrə qarşı “soyqırım”: “İran ermənilərin əməllərini təkrarlayır”-Tarixçi alim

2021-03-30 11:27

Təbrizin şərqində yerləşən qədim kənddə tarixi bir neçə min il olan qiymətli abidələr dağıdılır.  

Gunaz.tv Quote | Gunaz article

İranın Mədəni İrs Təşkilatının laqeydliyi ucbatından qədim Asbos kəndində tarixi əhəmiyyətli məzarlıq və daş kitabələr məhv edilir.
Qeyd edək ki, Təbriz şəhərinin şərqində, Xosrovşah bölgəsində yerləşən Asbos kəndi çoxlu sayda tarixi məzarlıq və abidələrlə zəngindir.

 

Əlaqədar qurumların yarıtmazlığı ucbatından bölgədə olan bir çox məzarlıq və abidələr qanunsuz qazıntılar nəticəsində dağıdılıb. 
Bir çox daş heykəllər və kitabələr tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan işbazlar tərəfindən oğurlanıb. Abidələrin bir çoxu isə Tehran və İsfahan muzeylərinə aparılıb. 

 

“Abidələrin dağıdılması məqsədlidir”

 

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, BAO başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Günaz.TV-yə açıqlamasında bildirib ki, Güney Azərbaycan bölgəsindəki tarixi abidələrin məhv edilməsi təsadüfi deyil: “Bu abidələr türk tarixinin bir parçası olmaqla yanaşı, türklərin bu coğrafiyada ən qədim dövrlərdən başlayaraq yaşamasını ifadə edir. 

Faiq Qəzənfər oğlu Ələkbərli: Türk dünyasının ən ciddi məsələsi ortaq dil  problemidir - Sozcu.az

Başqa sözlə, bu abidələr türklərin bu coğrafiyada gəlmə deyil, yerli olmasını ortaya qoyur. Bunu, İran İslam rejiminin ideoloqları da yaxşı bilirlər. Ona görə də Təbriz, Urmiya və digər bölgələrdəki abidələrin amansızcasına məhv edilməsi bilərəkdən baş verir. 

Bunun arxasında molla rejiminin özü dayanıb. Çünki onlar üçün əsas təhdid Güney Azərbaycan türklüyü, bütövlükdə türklükdür”.

 

“Türk izinin qədim torpaqlarımızdan silinməsinə çalışırlar”

 

Faiq Ələkbərli bildirib ki, bu gün molla rejiminin Güneydə etdiyi naqis əməlləri bir zamanlar Ermənistan hökuməti Qərbi Azərbaycanda (İrəvan, Göyçə, Zəngəzur) törədib:

“Eyni addımları vaxtilə Ermənistan atmış və bunu indi də davam etdirməkdədir. Həm erməni, həm də fars rejimi türk izinin qədim torpaqlarımızdan silinməsinə çalışıblar. 

Həm Ermənistanın, həm də İran İslam rejiminin türk abidələrinə qarşı bu cür davranışı isə beynəlxalq ictimaiyyət tərəfindən əsasən biganə qarşılanıb”. 

“Quzeyli-güneyli bir yerdə hərəkət edə bilsək...”

Tarixçi alim hesab edir ki, Güney Azərbaycanda tarixi abidələrini “soyqırımı” dayandırılmalıdır: “Azərbaycan türkləri bütün vasitələrdən istifadə edərək, milli abidələrin məhv edilməsinin qarşısını almalıdır. Hesab edirəm ki, bununla bağlı Azərbaycan Respublikası və yaxud da qeyri hökumət təşkilatları müəyyən addımlar atmalıdır. 

 

Hər halda bu abidələr hər bir azərbaycanlı üçün önəmlidir. Onu qoruyub saxlamaq üçün də birgə addımlar atmaq lazımdır. Biz, bu məsələdə quzeyli-güneyli bir yerdə hərəkət edə bilsək, o zaman beynəlxalq ictimaiyyətin diqqətini də bura yönəltmək mümkün olacaq”.

Ayxan Turan


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21