Güneyin qurtuluş yolu: “İrançılığa qarşı əsas ideoloji silahımız türkçülükdür”

2021-05-03 11:48

​​​​​​​Bu gün Türkçülük Günüdür. 1944-cü ildə Türkiyədə nüfuzlu 23 siyasətçinin Türkçülük-Turançılıq iddiaları ilə günahlandırılması və həbs edilməsindən sonra başlayan bu hərəkat sonradan bütün türk dünyasında Türkçülük günü kimi qeyd edilməyə başlayıb.

Gunaz.tv Quote | Gunaz article

İlk dəfə isə Türkçülük günü 1945-ci ilin 3 may tarixində Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla 10 nəfərin iştirakı ilə cəzaçəkmə müəssisəsində qeyd edilib.

Türkçülük ötən əsrin 80-ci illərinin sonralarından Quzey Azərbaycanda, 90-cı illərin ortalarından isə Güney Azərbaycanda milli nübarizənin əsas ideya-siyasi xəttinə çevrilib. Lakin bir sıra ekspertlər hesab edr ki, müstəqil olduqdan sonra Azərbaycan Respublikasında türkçülük aparıcı xətt olmamalıdır. Bu nə dərəcədə düzgün fikirdir? 
“Rəsulzadənin türkçülük xətti qalib gəldi” 

AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli Günaz.TV-yə açıqlamasında deyib ki, türkçülüklə Azərbaycanı bir-birindən ayrı təsəvvür etmək mümkün deyil: “Doğrudur, anti-türk, anti-Azərbaycan qüvvələr son əsrlərdə Türkçülüyümüzü Azərbaycançılıqdan, Azərbaycanlığımızı isə Türkçülüyümüzdən ayırmaq, hətta bir birinə qarşı qoymaq üçün əllərindən gələni ediblər. 

Faiq Qəzənfər oğlu Ələkbərli: Türk dünyasının ən ciddi məsələsi ortaq dil  problemidir - Sozcu.az

Etiraf etmək lazımdır ki, bu məsələdə onlar bəlli bir işlərə də nail olublar. Yəni zaman zaman anti-türk qüvvələr türkçülüklə Azərbaycanlıq arasında ziddiyyətlər yarada biliblər. Biz,  bunu çarlıq Rusiyası,  Sovet Rusiyası, İran Pəhləviləri dövründə görürük. 

Ancaq bütün bunlara baxmayaraq, XX əsrin əvvəllərində çar Rusiyasının əsarətindən xilas olmaq Quzey Azərbaycan türklərinin əsas ideyası türkçülük idi. Həmin dövrdə də, bəziləri deyirdilər ki, Azərbaycanın xilası türkçülük də deyil, sosial demokratiya,  liberalizm, islamçılıq və digər bir ideyadadır. Ancaq başda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə olmaqla türkçülük yolunu tutanlar qalib gəldilər”. 

“Türkçülük olmadan Azərbaycançılıq yoxdur”

Filosof alim deyib ki, Azərbaycan müstəqilliyini bərpa edərkən də əsas ideya türkçülük olub. Ancaq həmin dövrdə də türkçülüyü artıq lazımsız hesab edənlər,  hətta ondan köhnəlmiş bir ideya kimi danışanlar tapılıb: “Çox maraqlıdır ki,  türkçülüyü tarixin arxivinə atmaq istəyənlərdən, onu tənqid edənlərdən bəzi tanınmış şəxsiyyətlər son illərdə yenidən türkçülükdən bəhs etməyə başlayıblar. 

Deməli,  onların hamısı olmasa da, ancaq bir qismi anlayıblar ki,  türkçülük olmadan Azərbaycan,  Azərbaycançılıq olmadan türkçülük yoxdur. Çünki  türkçülük və Azərbaycan bir bütündür,  bir birinin yaşam səbəbi və gələcəyidir”. 


“Türkçülük Güneyin əsas silahıdır”

Faiq Ələkbərli hesab edir ki, türkçülük hazırda qurtuluş mübarizəsi aparan Güney Azərbaycan türkləri üçün əsas ideoloji silahdır: “Quzey Azərbaycan üçün türkçülük nədirsə,  Güney Azərbaycan türkləri üçün də odur. Başqa sözlə,  Quzey Azərbaycanı yenidən istiqlala qovuşduran türkçülük,  Güney Azərbaycanın milli dövlətini bərpa etməyə səbəb olacaq. Burada istiqlal və milli dövlətçiliyin bərpasını doğru anlamaq lazımdır. 

Əgər Quzey Azərbaycan çarlıq Rusiyası və Sovet Rusiyasının işğalından qurulub milli istiqlal əldə etdiyi halda,  Güney Azərbaycan türkləri, o cümlədən bu bölgədəki digər Türk xalqları vaxtilə  farslar tərəfindən qəsb olunmuş dövlətçiliyini geri qaytarmalıdır. 

Bu yolda da əsas ideyamız Türkçülükdür. Çünki Türkçülük yalnız Güney Azərbaycan türklərini deyil,  bütün Türk xalqlarını birləşdirən və hədəfimizə doğru aparan məfkurədir. Sözün açığı,  Türkçülük yalnız Güney Azərbaycan türklərini deyil,  Türkmənsəhra,  Xorasan,  Qaşqay,  İsfahan türklərini də əsas hədəfə yönəldə biləcək gücdədir”. 

“İrançılığa,  rusçuluğa qarşı əsas ideoloji silahımız türkçülükdür”

F.Ələkbərli hesab edir ki, bu gün Azərbaycan xalqına yad ideoloji türkçülük əsas ideoloji silah olmalıdır: “Dünən olduğu kimi,  bu gün də yad, anti-türk ideyalara, o cümlədən irançılığa,  rusçuluğa qarşı əsas ideoloji silahımız türkçülükdür. Çünki bir xalqın varlığı onun milli varlığı,  o cümlədən dil və mədəniyyət varlığı ilə bağlıdır”. 

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14