SON XƏBƏRLƏR

Güneyli gənc şair Məhsa Əbdüləlizadə vəfat edib

2021.10.20, 07:36
Güneyli gənc şair Məhsa Əbdüləlizadə vəfat edib

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı tanınmış şair və yazıçı xanım Məhsa Əbdüləlizadə 28 yaşında dünyaya göz yumub.

 

Gənc şairin yaxınlarının dediyinə görə, o 3 ay əvvəl qazdan zəhərlənmə səbəbi ilə komaya düşüb.

 

1991-cı ildə dünyaya göz açan Məhsa Əbdüləlizadə Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində yaşayıb. Onun Azərbaycan türkcəsində bir neçə şeir əsəri var.

 

Məhsa Əbdüləlizadə türk dili və ədəbiyyatı sahəsində tanınmış mədəni fəallardan biri olub.

 

Mərhum gənc şairin bəzi şeirlərini onun şəxsi veblaqından oxuya bilərsiniz:

http://mehsa1.blogfa.com/

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar