SON XƏBƏRLƏR

Güneyli gənclərdən torpaqlarımıza göz tikənlərə tutarlı cavab: “Heyran gədiyi” Azərbaycanın... – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Güneyli gənclərdən torpaqlarımıza göz tikənlərə tutarlı cavab: “Heyran gədiyi” Azərbaycanın... – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi” ərazisini Azərbaycandan qoparıb Gilan Əyalətinə ilhaq etməklə bağlı cəhdlər, soydaşlarımızın isə bu məkrli plana qarşı etirazları səngimək bilmir.

 

Ərdəbilli gənclər noyabrın 25-də “Traxtur”-“Perspolis” görüşündə Azərbaycan komandasını dəstəkləmək məqsədi ilə Tehrana yola düşüblər. Onlar səfər zamanı əllərində plakatlar qaldıraraq “Heyran gədiyi”nin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıblar.

 

Plakatların birində “Biz tarixi torpaqlarımızı canla-qanla qorumuşuq və bundan sonra necə qoruyacağımızı da zaman göstərəcək. Heyran, Astara və Ənzəli də Qorvə, Bicar cə Süngür kimi Azərbaycanın əzəli və əbədi torpaqlarıdır” sözü yazılıb.

 

Soydaşlarımızın qaldırdığı digər plakatda isə “Heyran Azərbaycanımızın və Ərdəbilin ayrılmaz parçasıdır” sözünün yazıldığı görünür.

 

 

 

“Traxtur” tərəfdarları mövzu ilə bağlı şüar da səsləndirib. Onlar “Astara, Heyran yurdumuz – “Traxtur” bozqurdumuz” şüarı verərək hər kəsin diqqət çəkiblər.

 

https://www.youtube.com/watch?time_continue=2&v=gTu2-hKVuj8

 

Soydaşlarımız bu şəkildə İranın 3-cü telekanalının son günlərdə “Heyran gədiyi”nin yerləşdiyi əyalətlə bağlı yol verdiyi təhrifə cavab vermək istəyiblər. Məlumata görə, “Qalib ol” adı ilə keçirilən bir yarışmada “Heyran gədiyi”nin Ərdəbil Əyalətinə aid olmadığı dolayı yolla göstərilib. Belə ki, aparıcılar test sualı kimi yarış iştirakçılarından ““Heyran gədiyi” İranın hansı əyalətində yerləşir?” deyə soruşublar. 4 seçimli sualın cavabında Gilan, Şərqi Azərbaycan, Kirmanşah və Həmədan qeyd olunub. Cavabda Ərdəbil Əyaləti seçiminə yer verilməyib və bununla da duzgün cavab Gilan Əyalətindən ibarət olub.

 

3-cü kanalın Azərbaycana qarşı yol verdiyi təhrif azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazına səbəb oldu, etirazlar hələ də davam edir.

 

Müxtəlif rəsmi orqanların “Heyran gədiyi”ni Gilan Əyalətinin ərazisi kimi göstərməsi rejimin gizli göstərişi ilə baş verir. Bütün azərbaycanlılar, xüsusi ilə də Ərdəbil əhalisi sistemli şəkildə həyata keçirilən plana qarşı dəfələrlə öz etirazlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar