Güneyli milli-mədəni fəal Əli Əzizi 6 il həbs cəzasına məhkum edilib

2020-12-27 12:41

Azərbaycanlı mədəni fəallara qarşı ağırlaşdırılmış məhkəmə hökmləri davam edir.

Gunaz.tv Quote | Gunaz article

Urmiyəli milli-mədəni fəal Əli Əzizi Təbrizin İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

 

Qərar Təbrizin İnqilab Məhkəməsinin 3-cü şəbəsinin rəisi hakim “Fəthnəjad” tərəfindən çıxarılıb və şifahi şəkildə Əli Əzizinin vəkili “Əsgər Məhəmmədi”yə bildirilib. Hakimin bildirdiyinə görə, Ə.Əzizi “hökumət əleyhinə təbliqat” ittihamına ilə 1 il, “qeyri-qanuni GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq” ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edilib.

 

Əli Əzizinin 9 iyulda Təbrizin Ümumi və İnqilab məhkəməsinin 16-cı şöbəsində keçirilmiş məhkəmə prosesində hakim ona qarşı 500 milyon tümənlik mülki vəsiqə qərarının məbləğini 650 milyon tümənə yüksəltmişdi.

 

Əli Əzizi 23 fevral tarixində Urmu şəhərindəki ata evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Martın 2-də dindirilmə prosesinin bitdiyindən sonra Təbriz ETTELAAT idarəsinin təcridxanasından Təbrizin mərkəzi həbsxanasına köçürülüb. O, 25 mart 2020-ci ildə məhkəmə işinin yekunlaşmasına qədər zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdır.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) 12 dekabr 2009-cu ildə Hollandiyanın Amsterdam şəhərində qəbul etdiyi 12 maddəlik bəyanat əsasında fəaliyyətə başlayıb.

 

GAMAC-in 12 maddəlik əsasnaməsinin 8-ci maddəsində bildirilib ki, “GAMAC-in əsasnaməsini qəbul edən, fəaliyyət imkanı olan və 18 yaşdan yuxarı hər bir kəs Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin üzvü ola bilər. Ancaq təhlükəsizlik məsələlərinə görə təşkilatımızın Azərbaycanda və İran sərhədləri içində heç biri üzvü olmayacaqdır.”

 

Bundan öncə Beynəlxalq Əfv Təşkilatı 2019-cu ilin noyabr hadisələri barədə yaydığı hesabatın bir hissəsində milli-mədəni fəalla bağlı bilıdirmişdi ki, “Əli Əzizi həbs olunacağı təqdirdə əqidə məhbusu sayılacaq. Ona görə ki, o, özünün mədəni hüququndan istifadə edərək söz, dinc toplanma azadlığını tələb etdiyi üçün həbsə göndərilir.”

 

Qeyd etmək lazimdir ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində GAMAC-a üzv olmaq ittihamı ilə saxlanılan “Məhəmməd Mahmudi”, “Rəhim Qulami”, “Səccad Şəhiri”, “Şahin Bərzgər” və ... məhkəmə tərəfindən bəraət alıblar.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07

gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06