SON XƏBƏRLƏR

Güneyli müğənninin fəaliyyətinə Azərbaycan televiziyasında gedən mahnı müsabiqəsində iştirak etdiyinə görə qadağa qoyulub – VİDEO

2021.10.20, 07:36
Güneyli müğənninin fəaliyyətinə Azərbaycan televiziyasında gedən mahnı müsabiqəsində iştirak etdiyinə görə qadağa qoyulub – VİDEO

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikasının televiziyasında çıxışına görə muğanlı müğənni Humayun Arazın (Al-i Cəfər) peşə fəaliyyətinə qadağa qoyulub.

 

Müğənni Azad Azərbaycan Televiziyasında (ATV) gedən “Səs Azərbaycan” mahnı müsabiqəsində iştirakına və həmin kanaldan Güney Azərbaycana salam göndərdiyinə görə İran rejiminin qəzəbinə tuş gəlib.

 

Bu barədə İnstaqram səhifəsində bir neçə video paylaşan sənətkar bildirib ki, Azərbaycanda bir mahnı müsabiqəsinə qatıldığı üçün, həmçinin yerlilərinə salam göndərdiyinə görə Parsabad Şəhər Ettelaat Şöbəsi və Ümumi Məkanlara Nəzarət İdarəsi (Əmakin) tərəfindən ölkədən çıxışına qadağa qoyulub. O Ərdəbil Əyaləti və Muğan şəhərində musiqiçi kimi fəaliyyət göstərməsinə də qadağa qoyulduğunu deyib.

 

Şəhərin milli-mədəni fəallarına xüsusi təzyiq göstərməsi ilə seçilən Muğan Ettelaat Şöbəsinin rəisi Həzrəti şəhərdə  şadlıq saraylarına göstəriş verib ki, toylarda heç bir şəkildə Humayun Arazın musiqi ifa etməsinə imkan verməsinlər.

 

Həzrəti azərbaycanlı müğənniyə xəbərdarlıq edib ki, Ettelaat-ın tapşırığına əməl etməyəcəyi təqdirdə bunun bədəlini ağır ödəyəcək.

 

Humayun Araz yaydığı videoda təhlükəsizlik qüvvələri tərəfindən təzyiq altında olduğunu bildirərək ATV-də gedən müsabiqəyə qatılmasına qadağa qoyulduğunu deyib. O vurğulayıb ki, 1 aydan çoxdur ki, toy mərasimlərinə qatılıb peşə fəaliyyətini davam etdirə bilmir.

 

“Məni təhdid edirlər! Mənim günahım nədir?! Mən Azərbaycan milləti və öz dilimi sevirəm!...”- deyə azərbaycanlı müğənni ağlayaraq videoda vurğulayıb.

 

https://www.youtube.com/watch?v=JoQXSUOe2Ps

 

 

https://www.youtube.com/watch?v=VnBn4im_ibY

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar