SON XƏBƏRLƏR

Güneyli qadının bədən üzvləri bir neçə nəfəri ölümdən qurtarıb

2021.10.20, 07:36
Güneyli qadının bədən üzvləri bir neçə nəfəri ölümdən qurtarıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda soydaşlarımız hər zaman humanizm prinsiplərinə sadiq qaldıqlarını müxtəlif formalarda nümayiş etdirməkdədir.

 

Məlumata görə, iki azərbaycanlı mədəni fəalın anası olan Zeynəb Əlizadə Muğanlının bədən üzvləri bir neçə nəfəri ölümdən qurtarıb.

 

Ərdəbil sakini olan 40 yaşlı qadın dekabrın 21-də qan təzyiqinin qalxması nəticəsində beyin ölümünə düçar olub. O ailəsinin razılığı ilə dekabrın 27-də Ərdəbilin Fatemi xəstəxanasından Tehrana aparılıb. Məlumata görə, onun bədən üzvləri orqana ehtiyacı olan bir neçə xəstəyə köçürülüb.

 

Zeynəb Əlizadə Muğanlı ərdəbilli mədəni fəallar Vəhid və Səid Sadeqifərin anasıdır.

 

Adı çəkilən fəallar mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Ərdəbil Əyaləti beyin ölümü keçirənlərin sayına görə ölkə üzrə birinci əyalətdir. Ötən illərin göstəricisinə əsasən bu əyalətdə hər il 16 nəfərin bədən üzvləri ailəsinin razılığı ilə orqana ehtiyacı olan xəxtələrə köçürülür.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar