Anası urmulu(Urmiya) olan Azərbaycanlı gənc sənətçi Tehranda dünyaya gəlməsinə baxmayaraq uşaqlıq və yeniyetməlik çağlarını Azərbaycanda (Güney) keçirib.
Gunaz.tv
İran televizyasının 3-cü kanalının canlı verilişində danışan türk sənətçi, aparıcının “Türkiyə sənətçilərinə oxşamasının səbəbi” ilə bağlı suala verdiyi maraqlı cavab güneyli internet istifadəçilərinin alqışına səbəb olub.
Hisam Mənzur aparıcının sualını “Bu bizim soykökümüzlə bağlı ola bilər. Türklər eyni mədəni coğrafiyaya mənsubdurlar. Bu Çindən başlayır və dünyanın bir çox yerində mövcuddur” deyə cavablandırıb.
Teatr, kino və televizya sənətçisi ,v erilişin aparıcısı “Rəşidpur”un onun xarici dil bilməsi ilə bağlı sualına isə belə cavab verib: “İngiliscəyə hakim deyiləm. Ancaq dünyanın bir çox yerində türk dili ilə işimi aşırıram.”
Güneyli sənətçi Avropanın bir neçə ölkəsində, o cümlədən İtaliya və Polşada keçirilən festivallarda çıxış edib. Bir neçə etibarlı mükafata layiq görülüb.
H.Mənzur 2016-cı ildən Azad İslam Universitetində oyunculuq üzrə müəllimlik edir.
C.E