Güneyli sosial şəbəkə istifadəçiləri mədəni fəala dəstək kampaniyası başladıblar

2021-03-05 10:18

Saxlanma zamanı döyülmə və işgəncələr nəticəsində ciddi xəsarət alan, xəstəxanaya yerləşdirilən Yaşar Piriyə “mən dilimlə yaşaram”, "evladlarımıza qarşı işgəncələrə son verin" həştəgi ilə dəstək kampaniyası başladılıb.

Gunaz.tv Quote | Gunaz article

Sosial şəbəkə istifadəçiləri bununla Təbrizin “İmam Rza” xəstəxanasına yerləşdirilən Yaşar Pirinin durumundan nigəranlıqlarını bildirməklə yanaşı, hökumət məmurlarının mədəni fəala qarşı qeyri-insanı və qanunsuz davranışına etirazlarını bildiriblər.


Müxtəlif təbəqələrdən olan sosial şəbəkə istifadəçiləri twitt və mesajlarla Tehran hökumətinin milli-mədəni fəallara qarşı qəddar, zorakı davranışlarına etirazlarını bildirib, saxlanılma zamanı və həbs müddətində onlara qarşı edilən qanunsuz hərəkətlər və işgəncələrə son verilməsini istəyiblər.


Milli-mədəni fəal Yaşar Piri fevral ayının 21-də İran hökumətinin təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılan fəal ayın 26-da Təbriz şəhərinin “İmam Rza” xəstəxanasına yerləşdirilib.


Verilən məlumata görə, Y.Piri “Sepah”ın kəşfiyyat bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri alıb.


Mədəni fəalın yaxınlarının bildirdiyinə görə, həkimlər bibər qazı nəticəsində onun nəfəs borularında problemlər yarandığını, aldığı zərbələrdən böyrəklərinin zədələndiyini deyiblər. Onun bədəninin müxtəlif yerlərində işgəncə izləri görünür.


C.E

 

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV April.19.2021: PARLAQ GƏLƏCƏK: İran’da Keçiriləcək Seçkilər, Seçkilər və Güney Azərbaycan

2021-04-20

gun az article

Urmulu milli fəal Salar Tahir Əfşar saxlanıldı

2021-04-19

gun az article

Tikantəpənin sərvətləri talanır: Bölgənin icra hakimi mərkəzi hökuməti sərt tənqid etdi

2021-04-19

gun az article

Qarabağa görə saxlanılan güneyli fəallar Babək Kiyumərsi və Səid Sultani istintaqa çağırılıb

2021-04-19

gun az article

Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Mehdi Şəhriyari koronavirusa yoluxub

2021-04-19

gun az article

Ərdəbilli boksçudan uğur: Dünya çempionatında litvalı rəqibini məğlub etdi

2021-04-19

gun az article

Təbrizli millət vəkili təzyiqlərdən danışdı: "Mənə dedilər ki, həbs olunmaq istəmirsənsə bu barədə danışma"

2021-04-19

gun az article

Güney Azərbaycanda əməliyyat: İki əyalətdə külli miqdarda narkotik maddə ələ keçdi

2021-04-19

gun az article

İranda mollanın döyülmə görüntüsü geniş rezonans doğurdu-VİDEO

2021-04-18

gun az article

Asiya Çempionlar Liqasında yarışan "Traxtur" yenə rəqiblə bərabərə qaldı

2021-04-18

gun az article

Muxtar İbrahimi ilə görüş; "Radio Fərda" həftəlik qonaq verilişini güneyli milli-mədəni fəala həsr edib+VİDEO

2021-04-18

gun az article

Milli fəal Əlirza Fərşiyə məzuniyyət hüququndan istifadəyə icazə verilmir

2021-04-18

gun az article

Beynəlxalq Əfv Təşkilatından İran hökumətinə ÇAĞIRIŞ: "Əlirza Fərşini azad edin"

2021-04-18

gun az article

Sərəskənd məktəbləri yararsız durumdadır: Şagirdlər təhlükəli sinif otaqlarında təhsil alır

2021-04-17

gun az article

Soyuqbulağın kürd millət vəkili Urmu gölünə su buraxılmasına qarşı çıxdı

2021-04-17

gun az article

Təbrizin millət vəkili prezident seçkilərində iştirak edəcək: "Ölkədə hərbi vəziyyət elan olunmalıdır"

2021-04-17

gun az article

Ərdəbil əhalisi sürətlə qocalır:Əyalətdə doğum faizi aşağı düşüb

2021-04-17

gun az article

Güney Azərbaycanda "yaşıl soyqırım": Nadir ağaclar məhv edilir-VİDEO

2021-04-17

gun az article

“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17

gun az article

Şərqi Azərbaycanın 63 yaşlı qubernatoru koronavirusa yoluxdu

2021-04-17