SON XƏBƏRLƏR

Güneylilər sosial şəbəkələrdə “Salam Azərbaycan” kampaniyasına başlayıblar

2021.10.20, 07:36
Güneylilər sosial şəbəkələrdə “Salam Azərbaycan” kampaniyasına başlayıblar

Gunaz.tv

GünAz TV: İran Teleradio Şirkətinin növbəti irqçi hərəkətinə qarşı azərbaycanlılar sosial şəbəkələrdə “Salam Azərbaycan” kampaniyasına start veriblər.


Kampaniya azərbaycanlılar, xüsusi ilə də milli-mədəni fəallar tərəfidən böyük rəğbətlə qarşılanıb.


İran rejiminin senzura məmurunun azərbaycanlı aparıcı Məhəmməd Fərşbafa Azərbaycana salam verdiyi üçün xəbərdarlıq etməsi, sözügedən kampaniyanın keçirilməsinə səbəb olub.


Teleradio Şirkətinin senzura məmuru, Məhəmməd Fərşbafa verilişdə Azərbaycana salam verdiyi üçün təhqiramiz şəkildə xəbərdarlıq edib. “Sən səhv edirsən (bu söz qələt eləyirsən mənasında işlədilib) Azərbaycana salam göndərirsən. Bu bir daha təkrar olarsa, bizim aramız dəyəcək”- senzura məmuru deyib.


Senzura məmurları əksər halda Ettelaat Naziri və İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) əlaltılarından seçilir. Panfarsizm məktəbinə qulluq edən senzuraçılar aparıcılara təzyiq göstərərək qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinin milli kimliyini təhrif və zəiflətməyə çalışırlar.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar