SON XƏBƏRLƏR

Gürcüstan Rusiyaya “YOX” dedi

2021.10.20, 07:36
Gürcüstan Rusiyaya “YOX” dedi

Gunaz.tv

GünAz TV: “Güney Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığı müddətcə Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyəcək”.

 

Bunu Gürcüstan xarici işlər nazirinin müavini Sergey Kapanadze bəyan edib. “Əgər Rusiya bu qondarma Cümhuriyyətlərin tanınması barədə 2008-ci il 26 avqust (August) tarixli qərarına yenidən baxsa və Gürcüstanın işğalına son qoysa biz münasibətlərin bərpa olunmasına hazırıq” - deyə Kapanadze bildirib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstan Rusiya üçün vizasız rejim tətbiq edib. Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Rusiyanın Gürcüstanla qarşılıqlı əsasda vizasız rejim tətbiq etməyə hazır olduğunu və diplomatik münasibətləri bərpa etməyi təklif etdiyini bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar