SON XƏBƏRLƏR

Gürcüstanda Amerikanın dəstəyi ilə hərbi təlim mərkəzi açılıb

2021.10.20, 07:36
Gürcüstanda Amerikanın dəstəyi ilə hərbi təlim mərkəzi açılıb

Gunaz.tv

GünAz TV: Gürcüstanın Vaziani hərbi bazasında NATO standartlarına uyğun yaradılmış hərbi hazırlıq mərkəzinin açılış mərasimi olub.

 

APA-nın yerli bürosunun məlumatına görə, mərkəzin açılması ilə Gürcüstan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında 3 illik müdafiə hazırlığı proqramına start verilib.

 

Mərkəzin açılış mərasimində çıxış edən Gürcüstanın müdafiə naziri Levan İzoriya bugünkü günü tarixi adlandırıb: “Gürcüstan və ABŞ arasında hərbi sahədə əməkdaşlıq keyfiyyət baxımından yeni mərhələyə keçir. İki ölkə arasında strateji tərəfdaşlıq daha da güclənir. Bu proqram çərçivəsində 9 piyada batalyonunun (qurdan) NATO standartlarına uyğun hazırlığı həyata keçiriləcək. Mərkəzdə hərbçilərin hazırlığında amerikalı təlimçilər iştirak edəcək”.

 

Mərkəzin açılışında NATO-nun Avropadakı qüvvələrinin komandanı, general Kertis Skaparotti də iştirak edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar