Gürcüstanda irimiqyaslı NATO təlimlərinə start verilir

30.08.2018, 15:53

GünAz TV: Sentyabrın 1-dən 11-dək Gürcüstanda “Agile Spirit 2018” beynəlxalq çoxmillətli komanda-qərargah hərbi təlimləri keçiriləcək.

 

Amerika Birləşmiş Ştatları (ABŞ) dəniz piyadaları korpusunun Avropadakı komandanlığı ilə birgə təşkil olunan “Agile Spirit 2018” təlimləri Gürcüstanın qərbindəki "Senaki" hərbi bazasının ərazisində keçiriləcək.

 

AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hərbi təlimlərdə Gürcüstandan və ABŞ-dan başqa, Türkiyə, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edəcəklər. “Agile Spirit 2018” beynəlxalq təlimlərinin məqsədi NATO-nun çevik reaksiya qüvvələrilə birgə keçirilən əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsidir.

 

Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən “Agile Spirit” hərbi təlimləri Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlıq formatının elementlərindən biridir. Bu təlimlər çərçivəsində gürcü hərbçiləri beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq keçirlər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022-08-09

gun az article

QHT BMT qurumuna üzv qəbul olundu

2022-08-09

gun az article

İranda şiddətli quraqlıq xərərdarlığı

2022-08-09

gun az article

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022-08-09

gun az article

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

2022-08-09

gun az article

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin-Millət vəkili

2022-08-09

gun az article

Rusiya İranın “Xəyyam” peykini orbitə buraxıb

2022-08-09

gun az article

İranda bəhailərin təhsilinə imkan verilmir

2022-08-09

gun az article

ATƏT-in baş katibi: "Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir"

2022-08-09

gun az article

İranda daha bir işçi intihar etdi

2022-08-09

gun az article

Yəməndə iranlı hərbçilər həlak olub

2022-08-09

gun az article

Vyanada nüvə danışıqlarının bərpası üzrə görüş sona çatdı- AB nümayəndə heyətlərinə yekun mətni verib

2022-08-08

gun az article

Putin və Paşinyan Qarabağda vəziyyəti müzakirə edib

2022-08-08

gun az article

Azərbaycan İslam Həmrəyliyi Oyunlarına qızıl medalla başlayıb

2022-08-08

gun az article

Ermənilər Laçından belə çıxır - VİDEO

2022-08-08

gun az article

Ərəbistanda məcburi hicab qaydaları tamamilə aradan götürülür

2022-08-08

gun az article

Sülhməramlılar Ermənistanda “Zəngəzur dəhlizi”nin keçdiyi yolu nəzarətə götürdü

2022-08-08

gun az article

"İran rəsmilərinin 4 min övladı qərb ölkələrində yaşayır"-Hökumət məmuru

2022-08-08

gun az article

Tayvan ordusu hərbi təlimlərə başlayır- Ağır artilleriyadan istifadə olunacaq

2022-08-08

gun az article

“Dost da, düşmən də bilsin ki, Azərbaycan tək deyil” –Çavuşoğlu

2022-08-08