SON XƏBƏRLƏR

Milli fəal Məhəmməd Mahmudi cərimə cəzasına məhkum edilib

2021.10.20, 07:36
Milli fəal Məhəmməd Mahmudi cərimə cəzasına məhkum edilib

Gunaz.tv

Milli fəal iyul ayı etirazları zamanı Təbriz şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılmış, iyulun 26-da isə 30 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Qeyd edək ki, bu il iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Qeyd edək ki, Məhəmməd Mahmudi bundan öncədə mədəni fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb və təzyiqlərə məruz qalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar