Əhali Təbriz-Səhənd magistral yolundan istifadəyə görə rüsumun çoxluğuna etiraz edib

07.03.2022, 11:53

Təbriz şəhərinin yaxınlığında yerləşən yeni salınmış Səhənd şəhərinin sakinləri Təbriz-Səhənd magistral yolundan istifadəyə görə tətbiq olunan rüsumun çoxluğuna etiraz ediblər. Əhali bununla bağlı petisiya imzalayıb.

Gunaz.tv Quote | Gunaz article

Son həftələr adı çəkilən yolda sürücülərdən istənilən ödənişin məbləğinin yüksək olması onların narazılığına səbəb olub və sürücülər alternativ yollardan istifadə etməyə başlayıblar.

Etirazların çoxaldığını görən bir sıra əyalət məsulları, o cümlədən Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşim məsələyə münasibət bildirib və əhalinin haqlı olduğunu etiraf edib.

Bundan öncə məsələ ilə bağlı açıqlama verən Təbriz şəhərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad Təbriz-Səhənd magistral yolunda sürücülərdən əlavə rüsum alındığına etiraz edib və o, bunu hökumətin xalqın cibinə girməsi kimi dəyərləndirib.

“Mən parlament nümayəndəsi kimi Təbriz-Səhənd magistral yolunun müqaviləsində nələrin yazıldığını öyrənmək istəyirəm.

Sərmayəçilərin hüquqları qorunmalı və ona hörmət edilməlidir, ancaq məsullar bunu təmin etmək üçün xalqın cibindən pul qopartmaq yerinə başqa yol təklif etməlidirlər”-deyə, millət vəkili Üskü şəhərində keçirdiyi görüşdə bildirib.

Qeyd edək ki, uzun illərdən sonra tikintisinin tam bitməsinə baxmayaraq açılan Təbriz-Səhənd magistral yolunda əlavə rüsumların alınması sürücü və əhalinin etirazlarına səbəb olub.

Onlar bir neçə gündür ki, hökumətin yersiz və ağır rüsumlar istəməsinə etiraz olaraq bu yoldan istifadəni dayandırıb və başqa alternativ yollardan istifadə etməyə başlayıblar.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24