SON XƏBƏRLƏR

H.R.McMaster: “Davosda keçiriləcək Dünya İqtisadi Forumunda müzakirə ediləcək əsas mövzulardan biri İran məsələsidir”

2021.10.20, 07:36
H.R.McMaster: “Davosda keçiriləcək Dünya İqtisadi Forumunda müzakirə ediləcək əsas mövzulardan biri İran məsələsidir”

Gunaz.tv

GünAzTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, H.R.McMaster, yanvarın 23-də Ağ Evdə jurnalistlərə açıqlamasında İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda İranın Orta Şərq regionunda oynadığı dağıdıcı rolu barədə danışıqlar aparılacağından danışıb.

 

H.R.McMaster deyib ki, yanvarın 25-də Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda müzakirə ediləcək əsas mövzulardan biri İran məsələsi olacaq: “Forumda, İranın bölgənin sabitliyinə qarşı apardığı fəaliyyəti, onun ballistik proqramı və nüvə sazişi məsələsi gündəmə gətirilərək barəsində müzakirələr aparılacaq. İqtisadi forumda, bizim üzərində dayanacağımız əsas məsələ, İranın bütün Orta Şərqdə zorakılığa gətirib çıxaran dağıdıcı siyasəti, onun bölgənin sabitliyini pozan təxribat xarakterli fəaliyyəti, Tehranın ballistik raket fəaliyyəti və nüvə sazişində mövcud olan nöqsanlar olacaq.

 

Foruma qatılacaq ABŞ prezidenti Donald Tramp, həmçinin Böyük Britaniyanın baş naziri Tereza Maylə təkbətək görüşərək, onunla Suriya böhranı, İranın bu ölkədə oynadığı rolu, eləcə də nüvə sazişindəki mövcud olan nöqsanlar haqda fikir mübadiləsi aparacaq”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar