SON XƏBƏRLƏR

Urmu Şəhər Şurasının üzvü Cilovluq qurbanlarına abidə qoyulmasını təklif edib

2022.03.07, 10:02
Urmu Şəhər Şurasının üzvü Cilovluq qurbanlarına abidə qoyulmasını təklif edib

Gunaz.tv

Tumac Vəhid Əfşar soyqırım qurbanlarının xatirəsinə abidə kompleksinin qoyulmasını təklif edib.

O, deyib ki, Cilovluq hadisəsində Xoy, Salmas və Urmu şəhərlərində 100 mindən çox azərbaycanlı öldürülüb və onların basdırıldığı kütləvi məzarlıqda abidə kompleksinin ucaldılması vacibdir.

“Erməni və aysorların törətdiyi soyqırım unudulmayacaq cinayət hadisəsidir və bunun əbədiləşdirilməsi üçün abidə qurulmalıdır”-deyə, Şəhər Şurasının sözçüsü bildirib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar